Bakı icra bölməsinin hüquqşünası

Elanın vaxtı bitmişdir
588 baxış

Vəzifə funksiyaları

 
- Bankın icra icraatı zamanı təmsil edilməsini həyata keçirir.
- Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icraya yönəlməsini təmin edir.
- Məhkəmə icraçıları ilə əməkdaşlıq edərək qərarların icra olunması işini təşkil edir.
- Axtarışda olan işlərlə bağlı daxili işlər orqanları və digər hüquq mühafizə orqanları ilə münasibətdə Bankı təmsil edir.
- İcraatda olan işlərlə bağlı banka daxil omuş vəsaitlərin aidiyyatı üzrə köçürülməsi üçün müvafiq tədbirlər görür.
- İşləri icra mərhələsində olan müştərilərlə bağlı məlumat bazası yaradır və aidiyyatı bölmələri tələb olunan məlumatlarla təmin edir.
- İcra məmurlarından Banka daxil olmuş qərarlara,məktub və sorğulara baxır və müvafiq tədbirlər görür.
- Icraatında olan işlər üzrə müvafiq şikayət, ərizə və məktubları hazırlayır;
- Baş hüquqşünas(lar)ın və aparıcı hüquqşünas(lar)ın iş ilə bağlı tövsiyələrinə əməl edir.
- Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir.
- Bilavasitə rəhbəri, sahə rəhbəri və İdarə Heyəti sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, filialın Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.
 

Yumşaq bacarıqlar

 
  • Nizam intizam
  • Məsuliyyət
  • Qətiyyətlilik
 

Digər şərtlər

- Vəzifələrini həyata keçirən zaman ortaya çıxan vacib məsələlər barədə subordinasiya qaydalarına uyğun olaraq bilavasitə rəhbərinə müraciət edir və məsələlərin həlli istiqamətində onunla əməkdaşlıq edir
- Əmək fəaliyyəti prosesində Bankın struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə təsir göstərən hərəkətlərə yol verməməlidir.
Sahə üzrə ali təhsil tələbi mütləqdir.
Dil biliyi
  • Azərbaycan - Yüksək
Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:Hüquq
Son müraciət tarixi:2026-06-30
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:08/06/2026
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 305 vakansiyanı gör