Aparıcı hüquqşünas

35 baxış

Sənayecihaz Elmi-İstehsalat Müəssisəsi

 

Tələblər:
 • Hüquqşünaslıq üzrə ali təhsil (Magistr dərəcəsi üstünlükdür);
 • Müvafiq sahə üzrə minimum 3 il təcrübə;
 • Mülki, əmək, İnzibati və Korporativ qanunvericilik üzrə mükəmməl səviyyədə biliklər;
 • Müqavilələrin tərtib edilməsi, ekspertizası və hüquqi rəylərin verilməsi sahəsində güclü təcrübə;
 • Dövlət qurumları və məhkəmələrdə müəssisəni təmsil etmə təcrübəsi;

 Vəzifə Öhdəlikləri :

 • Müəssisənin fəaliyyətində ortaya çıxan hüquqi problemlərə dair hüquqi həllərin hazırlanması və hüquqi rəylərin tərtib edilərək rəhbərliyə təqdim edilməsi;
 • Zəruri olduqda dövlət və qeyri-dövlət qurumlarının, eləcə də fiziki şəxslərin sorğularının Müəssisənin korporativ, kommersiya və məxfilik siyasətinə uyğun qaydada və aidiyyəti üzrə cavablandırılması;
 • Hüquqi sənədlərin və aidiyyəti məktubların tərtib edilməsi, zəruri olduqda Müəssisənin dövlət və qeyri-dövlət qurumları ilə rəsmi yazışmalarının icra edilməsi;
 • Müəssisənin fəaliyyəti ilə əlaqədar məsələlər üzrə qanunvericiliyin və normativ aktların izlənilməsi, yenilik və dəyişikliklərin nəzərə alınması və rəhbərliyin nəzərinə çatdırılması;
 • Şöbənin işçilərinin nəzəri biliklərinin artırılması, onların qabaqcıl iş metodlarından istifadə etmələrinə dair bacarıqlara yiyələnməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi üçün təkliflər verilməsi;
 • Müəssisənin tərəf qismində iştirak etdiyi məhkəmə prosesləri ilə əlaqədar sənədlərin vaxtında və düzgün qaydada hazırlanması və Müəssisənin məhkəmədə nümayəndə qismində təmsil edilməsi;
 • Müəssisənin digər struktur bölmələrinə aidiyyəti üzrə hüquqi dəstək göstərilməsi;
 • Müqavilələrin hazırlanması, kontragentlərdən daxil olan müqavilələrin hüquqi ekspertizadan keçirilməsi, müqavilələrə dair hüquqi rəyin verilməsi, zəruri olduğu halda kontragentlərlə hüquqi danışıqların aparılması;
 • Müqavilələrin reyesterinin aparılması və mühafizəsinin təmin edilməsi;
 • Şöbənin icraatına daxil olan işlərin reyesterinin aparılması və mühafizəsinin təmin edilməsi;
 • Məhkəmə işlərinin reyesterinin aparılması, mühafizəsi və məhkəmə işlərinə dair müvafiq hesabatların hazırlanması;
 • Hüquqi şəxsin dövlət qeydiyyatı məlumatlarına dəyişiklik edilməsi, törəmə müəssisələrin təsis edilməsi ilə əlaqədar işlərin icrasının təmin edilməsi;
 • Müəyyən edilmiş qaydaya uyğun olaraq işçilərin intizam və maddi məsuliyyətə cəlb edilməsinə dair sənədlərin rəsmiləşdirilməsinə dəstək göstərilməsi;
 • Müəssisədaxili normayaratma fəaliyyətinə hüquqi dəstəyin göstərilməsi;

📩Müraciət:
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçt ünvanına göndərərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "Aparıcı hüquqşünas" qeyd etməyiniz xahiş olunur.

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:Hüquq
Son müraciət tarixi:2026-12-04
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:12/11/2026
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 311 vakansiyanı gör