Renova-Aztürk MMC komandamıza qoşulacaq təcrübəli Architect axtarır.
📍 İş yeri: Qəbələ (tikinti sahəsində)
🕒 Məşğulluq növü: Müqavilə əsasında
📄 Müqavilə müddəti: Tikinti dövrünün sonunadək
🔹 Vəzifə öhdəlikləri:
-Layihənin memarlıq hissəsinin işçi sənədlərinin hazırlanması, işlənməsi və yenilənməsi.
-Memarlıq üzrə işçi çertyojların, detalların və texniki həllərin hazırlanması və layihə tələblərinə uyğunluğunun təmin edilməsi.
-Memarlıq çertyojlarının və detalların texniki yoxlanılması, zəruri düzəlişlərin aparılması və təsdiq üçün hazırlanması.
-Memarlıq həllərinin konstruksiya (ST) və mühəndis kommunikasiyaları (MEP) bölmələri ilə koordinasiyası və kəsişmələrin (clash) təhlili.
-Tikinti sahəsində memarlıq işlərinin layihə, işçi çertyojlar və tikinti norma və qaydalarına uyğunluğuna nəzarət.
-Material təkliflərinin (MAR) texniki yoxlanılması, qiymətləndirilməsi və təsdiq prosesində iştirak.
-Məlumat sorğularına (RFI) cavabların hazırlanması və texniki dəyişikliklərin qiymətləndirilməsi.
-Subpodratçılar və digər layihə iştirakçıları ilə memarlıq məsələləri üzrə texniki koordinasiyanın aparılması.
-Tikinti prosesində yaranan memarlıq və texniki məsələlərin operativ həllində iştirak.
-Yerinə yetirilmiş memarlıq-inşaat işlərinin qəbulu, defektlərin (Snagging) müəyyən edilməsi və aradan qaldırılmasına nəzarət.
-Layihənin istismara verilməsi və təhvil-təslim mərhələlərində memarlıq sənədlərinin hazırlanması və prosesdə iştirak.
🔹 Namizədə tələblər:
-Memarlıq və ya Memarlıq mühəndisliyi üzrə ali təhsil.
-İxtisas üzrə minimum 5 il iş təcrübəsi.
-Tikinti layihələrində, xüsusilə otel və ya iri miqyaslı layihələrdə iş təcrübəsi arzuolunandır.
-Tikinti sahəsində və layihənin icrası, istismara verilməsi və təhvil-təslim mərhələlərində iş təcrübəsi.
-Azərbaycan dilini sərbəst bilmək.
-İngilis dilini sərbəst bilmək (mütləqdir).
-Rus dilini bilmək (arzuolunandır).
-FIDIC standartları, tikinti norma və qaydaları (AzDTN / tikinti normaları) və sahə sənədləşməsi qaydalarını bilmək.
-Sənəd dövriyyəsi sistemləri (CDE: Aconex və ya analoqu) ilə işləmək təcrübəsi.
🔹 Proqram təminatı bilikləri:
-AutoCAD: Mütləqdir.
-Revit / BIM: Mütləqdir.
-Adobe Acrobat / Bluebeam: Arzuolunandır.
-MS Office (Word, Excel, Outlook): Əla səviyyədə.
-MS Project və ya Primavera P6: Arzuolunandır.
🔹 İş şəraiti:
İşə başlama: Müqavilə bağlandıqdan dərhal sonra.
Yaşayış yeri və nəqliyyat: Razılaşma yolu ilə.
Əməkhaqqı: Razılaşma yolu ilə.
📩 Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Architect – Qəbələ” qeyd etməklə aşağıdakı elektron poçt ünvanına göndərə bilərlər:
📧 [email protected]
Uyğun namizədlərin müraciətlərini gözləyirik

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.
Müraciət etməmişdən əvvəl pulsuz yoxla.
Bizi sosial mediada izlə!
Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.
Vakansiyanı irəli çək
Daha çox namizədə çat
Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!
Vakansiyalar
Vakansiyalar
1000 — 1200
Vakansiyalar
Vakansiyalar
Maaş müzakirəyə əsasən
Vakansiyalar
Vakansiyalar
Maaş müzakirəyə əsasən
Caspi Construction
Caspi Construction
1000 — 1200
Vakansiyalar
Vakansiyalar
Maaş müzakirəyə əsasən
Vakansiyalar
Vakansiyalar
Minimum 870
Vakansiyalar
Vakansiyalar
600 — 800
Vakansiyalar
Vakansiyalar
Maaş müzakirəyə əsasən