📍 Tamstore MMC “Memar” vakansiyası elan edir:
Əsas vəzifə öhdəlikləri:
Yeni açılacaq və yenidən qurulacaq pərakəndə satış mağazaları üçün memarlıq və planlaşdırma həllərinin hazırlanması.
Şirkətin tələblərinə uyğun olaraq ticarət və xidməti sahələrin funksional zonalara bölünməsi və planlarının hazırlanması.
Memarlıq çertyojlarının, ticarət avadanlıqlarının yerləşmə planlarının və digər layihə sənədlərinin hazırlanması və yoxlanılması.
Çertyojların dəqiqliyinin, ölçülərin düzgünlüyünün və layihə həllərinin obyektin faktiki vəziyyətinə uyğunluğunun yoxlanılması.
Layihə sənədlərinin keyfiyyətinə və müəyyən edilmiş texniki tələblərə uyğunluğuna nəzarət edilməsi.
Obyektlərdə aparılmış ölçmələrin nəticələrinə, aşkar edilmiş çatışmazlıqlara və rəhbərliyin tələblərinə əsasən layihələrə zəruri düzəlişlərin edilməsi.
Çertyojçular, sahə memarları və digər aidiyyəti şöbələrlə işin əlaqələndirilməsi.
Layihələrin icrası və mağazaların vaxtında açılmasını təmin etmək məqsədilə layihə sənədlərinin müəyyən edilmiş müddətlərdə hazırlanması və təhvil verilməsi.
Tələb olunan bilik və bacarıqlar:
Çertyojları düzgün oxumağı və başa düşməyi bacarmalı;
Obyekt və ərazi üzrə düzgün orientasiyası olmalı;
Obyektdə dəqiq ölçülər götürməyi bacarmalı(divar ölçüləri, hündürlüklər, məsafələr və digər zəruri ölçülər);
Obyektə gedərək bütün lazımi ölçüləri düzgün şəkildə qeyd etməli və əldə etdiyi məlumatları sistemləşdirə bilməli;
Ərazinin və obyektin mövcud çertyojlarını proqramda işləyə bilməli, götürülmüş ölçüləri proqram təminatına düzgün şəkildə köçürməyi bacarmalı;
Tikinti işlərinin layihəyə və verilmiş plana uyğunluğuna nəzarət etməyi bacarmalı;
DWG proqramını yaxşı səviyyədə bilməli;
SketchUp proqramı ilə işləməyi bacarmalı;
ArchiCAD formatı ilə işləmək bacarığı arzuolunandır.
Tələb olunan təhsil, iş təcrübəsi:
Təhsil:Ali (Müvafiq sahə üzrə);
Sahə üzrə minimum 1 il iş təcrübəsi;
Həm Bakı şəhərində, həm də regionlarda işləməyə açıq olmalı;
Şəxsi avtomobilinin olması tələb olunur;
Kollektivlə işləmək bacarığı;
Məsuliyyətli, intizamlı və operativ olmaq.
İş şərtlərimiz:
· İş qrafiki: Tam iş günü (5 gün);
· İş saatları: 09:00-18:00;
· İş yeri: Ofis(Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D) və obyektlər(ərazi).
Biz nə təklif edirik:
· Əmək bazarında rəqabətli əməkhaqqı;
· Peşəkar komanda mühiti;
· Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Memar” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Vakansiyalar
Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.
CV-n bu vakansiyaya uyğundurmu?
Müraciət etməmişdən əvvəl pulsuz yoxla.
Bizi sosial mediada izlə!
Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.
Vakansiyanın detalları
Vakansiyanı irəli çək
Daha çox namizədə çat
CV yarat
Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!
Oxşar elanlar
Memar
Vakansiyalar
Vakansiyalar
Memar
Maaş müzakirəyə əsasən
Motion Dizayner
Vakansiyalar
Vakansiyalar
Motion Dizayner
Maaş müzakirəyə əsasən
Reels Maker
Vakansiyalar
Vakansiyalar
Reels Maker
Maaş müzakirəyə əsasən
Baş UX/UI dizayner
Vakansiyalar
Vakansiyalar
Baş UX/UI dizayner
Maaş müzakirəyə əsasən
Qrafik Dizayner
Dream Auto Vision
Dream Auto Vision
Qrafik Dizayner
500 — 1000
Qrafik/Motion dizayner
Vakansiyalar
Vakansiyalar
Qrafik/Motion dizayner
750 — 850
Reelsmaker üzrə Təcrübə Proqramı
Vakansiyalar
Vakansiyalar
Reelsmaker üzrə Təcrübə Proqramı
Minimum 100
Videographer
Air Life Med
Air Life Med
Videographer
Maaş müzakirəyə əsasən

