Aparıcı iqtisadçı (Enerji sektorunun təhlili üzrə)

10 baxış

SOCAR Baş ofis, Enerji sektorunun təhlili şöbəsində aparıcı iqtisadçı vəzifəsi üzrə vakansiya elan edir.

Əsas vəzifə öhdəlikləri:

  • Qlobal enerji bazarlarındakı tendensiyaları təhlil etmək, yeni inkişaf istiqamətlərini müəyyənləşdirmək və onların SOCAR-ın strateji mövqeyinə təsirlərini qiymətləndirmək;
  • Enerji qiymətləri, tələb, təklif və emal marjaları üzrə qısa, orta və uzunmüddətli proqnozlar hazırlamaq, ssenari və həssaslıq təhlilləri aparmaq;
  • Proqnozlaşdırma alətləri də daxil olmaqla, ekonometrik və bazar modellərini hazırlamaq, mütəmadi yeniləmək və təkmilləşdirmək;
  • Regional və qlobal enerji bazarlarına təsir edən iqtisadi, siyasi və qanunvericilik dəyişikliklərini izləmək, layihə və investisiyaların qiymətləndirilməsi, maliyyə planlaşdırılması və büdcələmə üçün təhlil və tövsiyələr təqdim etmək;
  • Bərpa olunan enerji mənbələri və enerji keçidi sahəsindəki yenilikləri izləmək, onların SOCAR-ın uzunmüddətli strategiyasına təsirlərini qiymətləndirmək;
  • Bazar təhlillərinin nəticələrini büdcələmə, investisiya planlaşdırılması və strateji inkişaf ssenarilərinə inteqrasiya etmək məqsədilə müvafiq komandalarla əməkdaşlıq etmək;
  • Müxtəlif istiqamətlər üzrə fərziyyələrin formalaşdırılmasında və onların strateji qərarlara mümkün təsirlərinin qiymətləndirilməsində iştirak etmək;
  • Enerji balansı, tariflər və qiymətqoyma metodologiyalarını təhlil etmək, maliyyə təhlillərində iştirak etmək və metodoloji dəqiqliyi təmin etmək;
  • Rəhbərlik üçün yığcam analitik hesabatlar və təqdimatlar hazırlamaq;
  • Zərurət yarandıqda analitik müzakirələrdə, qurumlararası işçi qruplarında və xarici tərəfdaşlarla görüşlərdə SOCAR-ı təmsil etmək.

Namizədə tələblər:

  • İqtisadiyyat, maliyyə, enerji iqtisadiyyatı və ya əlaqəli ixtisas üzrə bakalavr və ya magistr dərəcəsinə malik olmaq;
  • İqtisadi və statistik modellərin qurulması, o cümlədən proqnozların hazırlanması üzrə analitik təhlil bacarıqlarına malik olmaq;
  • Müvafiq sahələrdə (enerji sektoru, konsaltinq, bazar təhlili, analitika və s.) 1–3 il iş təcrübəsinə üstünlük verilir;
  • Microsoft Excel və statistik/ekonometrik proqram təminatlarından (məsələn, Stata, R, Python, EViews) istifadə bacarığına üstünlük verilir;
  • Azərbaycan və ingilis dillərini sərbəst bilmək.

Biz nə təklif edirik?

  • Peşəkar iş mühiti;
  • Peşəkar inkişaf və karyera imkanları;
  • Rəqabətqabiliyyətli əməkhaqqı və müavinətlər paketi;
  • SOCAR Tower-də yerləşən idman zalından istifadə imkanı daxil olmaqla tibbi sığorta və sağlamlıqla bağlı əlavə üstünlüklər;
  • Nəqliyyat xidmətləri.

İş yeri: SOCAR Tower, H.Əliyev prospekti 121, Bakı, Azərbaycan

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:Maliyyə
Son müraciət tarixi:2026-12-23
Vəzifə dərəcəsi:Aparıcı mütəxəssis
Elan paylaşılıb:23/11/2026
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

A

Xərclərə nəzarət üzrə aparıcı analitik

Vakansiyalar

Razılaşma ilə
14 noy
439
S

Aparıcı iqtisadçı (BRP sistemlərinin idarə olunması üzrə)

Vakansiyalar

Razılaşma ilə
30 okt
11
B

Büdcələşdirmə və maliyyə nəzarəti üzrə mütəxəssis

Vakansiyalar

Razılaşma ilə
Bu gün
133
S

Aparıcı iqtisadçı (İqtisadi göstəricilər və maliyyə modelləşdirilməsi)

Vakansiyalar

Razılaşma ilə
20 noy
11
A

Cərimələrin tətbiqi üzrə mütəxəssis

Vakansiyalar

Razılaşma ilə
19 noy
504
Y

Mikro biznes müştəriləri üzrə təcrübəçi / kiçik mütəxəssis (Lerik)

Vakansiyalar

Razılaşma ilə
18 noy
924
A

Mikro kreditlər üzrə təcrübəçi

Vakansiyalar

Razılaşma ilə
18 noy
1166
İrşad

Satış Məsləhətçisi (Bölgələr)

İrşad

700 — 1800
29 okt
6843
Premium
Bütün 365 vakansiyanı gör