Anbardar
Anbardar
Vəzifə öhdəlikləri:
* Anbara daxil olan məhsul və materialların müvafiq sənədlər əsasında qəbul edilməsi, say və keyfiyyət baxımından yoxlanılması, düzgün yerləşdirilməsi və uçotunun aparılması;
* Məhsulların müvafiq saxlama şəraitinə uyğun yerləşdirilməsinin və qorunmasının təmin edilməsi;
* Məhsulların aidiyyəti bölmələrə vaxtında və düzgün şəkildə təhvil verilməsi;
* Anbara daxil olan və anbardan çıxan məhsulların hərəkətinin qeydiyyatının aparılması və qalıqlara nəzarət edilməsi;
* Məhsulların yararlılıq müddətlərinə nəzarət edilməsi və FIFO (ilk daxil olan, ilk çıxar) prinsipinin tətbiqi;
* Anbar daxilində səliqə-sahmanın və nizam-intizamın təmin edilməsi;
* Gündəlik və aylıq anbar hesabatlarının hazırlanması.
Namizədə tələblər:
* Anbardar vəzifəsi üzrə minimum 1 il iş təcrübəsi;
* Qida məhsulları ilə işləmək üzrə anbar təcrübəsinin olması mütləqdir;
* Catering, restoran və ya qida istehsalı sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir;
* Anbar uçotu və məhsulların hərəkətinin qeydiyyatı üzrə biliklər;
* Dəqiqlik, məsuliyyətlilik və operativlik.
İş şəraiti:
* İş yeri: Bakı şəhəri, Binəqədi rayonu;
* İş qrafiki: 6 günlük iş həftəsi;
* İş saatları: 09:00–18:00;
* Əməkhaqqı: 800–1000 AZN.
Müraciət qaydası:
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini elektron məktubun mövzu hissəsində “Anbardar” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Catering 145 Group
“Catering 145 Group” 2016-cı ildən etibarən korporativ qidalanma sahəsində peşəkar xidmət göstərən şirkətdir. Biz müştərilərimizə yüksək keyfiyyətli, təzə və vaxtında təqdim olunan ketrinq həlləri təqdim edirik, gündəlik minlərlə porsiya yeməyi hazırlamaq və çatdırmaq imkanına malikik. Bütün proseslərimiz beynəlxalq və "AR" qanunvericiliyində nəzərdə tutulan qida təhlükəsizliyi və keyfiyyət standartlarına uyğun şəkildə təşkil olunmuşdur. Müasir avadanlıqlar və təcrübəli heyətimiz hər zaman xidmət keyfiyyətini təmin edir. Təchizat zəncirimiz etibarlı tərəfdaşlarla işləyir və məhsullar ciddi keyfiyyət yoxlamasından keçir. Biz korporativ müəssisələr, sənaye obyektləri və müxtəlif miqyaslı təşkilatlar üçün fərdi menyu planlaması və çevik xidmət modelləri əsasında kompleks qidalanma həlləri təqdim edirik. “Catering 145 Group” etibarlılıq, keyfiyyət və davamlı inkişaf prinsiplərinə sadiq qalaraq müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir və bu yanaşma sayəsində Azərbaycan bazarında mövqeyini davamlı şəkildə gücləndirir.
CV-n bu vakansiyaya uyğundurmu?
Müraciət etməmişdən əvvəl pulsuz yoxla.
Bizi sosial mediada izlə!
Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.
Vakansiyanın detalları
Vakansiyanı irəli çək
Daha çox namizədə çat
CV yarat
Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!
Oxşar elanlar
Kredit mütəxəssisi
"Qarant Kredit Lombard" MMC
"Qarant Kredit Lombard" MMC
Kredit mütəxəssisi
400 — 600
Reklam ustası ( Banner, Vinil, Qabarıq herf )
Kilavuz Reklam
Kilavuz Reklam
Reklam ustası ( Banner, Vinil, Qabarıq herf )
Maaş müzakirəyə əsasən
Satış məsləhətçisi
Supertoys
Supertoys
Satış məsləhətçisi
500 — 700
Əmlakçı
EV SAT DASHINMAZ ƏMLAK
EV SAT DASHINMAZ ƏMLAK
Əmlakçı
Maaş müzakirəyə əsasən
Satış mütəxəssisi
Ozwel
Ozwel
Satış mütəxəssisi
500 — 2000
İSUZU sürücüsü
Vakansiyalar
Vakansiyalar
İSUZU sürücüsü
Maaş müzakirəyə əsasən
Operator (xanım)
NOVA STAGE ACADEMY
NOVA STAGE ACADEMY
Operator (xanım)
600 — 1000
Satış Məsləhətçisi (Bölgələr)
İrşad
İrşad
Satış Məsləhətçisi (Bölgələr)
700 — 1800

