Açıq məlumatlar üzrə menecer

Elanın vaxtı bitmişdir
624 baxış

Təsvir

  • “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın icrası çərçivəsində açıq məlumatlardan istifadənin genişləndirilməsi üzrə fəaliyyətlərin icrası, onlardan innovativ həllərin hazırlanmasında istifadə edilməsinin təmin edilməsi üçün aidiyyəti qurumlar ilə birgə müvafiq tədbirlərin görülməsi.
  • Ölkədaxili və beynəlxalq təcrübə əsasında “Açıq məlumatlar” portalında açıqlanmalı olan məlumatların siyahısının aidiyyəti dövlət qurumları ilə birlikdə müəyyən edilməsi, nümunə şablonların hazırlanması və informasiya sahibləri ilə paylaşılması.
  • Açıq məlumatların formalaşdırılması, açıqlanması və istifadəsinin genişləndirilməsi üçün maarifləndirici məzmunların, video və yazılı təlimatların hazırlanması, rəy sorğularının keçirilməsi və tədbirlərin təşkil edilməsi üçün müvafiq işlərin görülməsi.
  • “Açıq məlumatlar” portalında yerləşdirilməsi nəzərdə tutulan məlumatların açıq məlumat prinsipləri və data keyfiyyəti üzrə yerli qanunvericiliyin, habelə beynəlxalq standartların tələblərinə uyğunluğunun qiymətləndirilməsi, habelə bu istiqamətdə informasiya sahibləri ilə birgə fəaliyyətin təşkili və icrası.
  • Daxil olan açıq informasiya sorğuları və müraciətlərin cavablandırılmasının koordinasiya edilməsi, bu istiqamətdə fəaliyyətin təkmilləşdirilməsi üçün fəaliyyətlərin icrası.
  • “Açıq məlumatlar” portalının beynəlxalq təcrübəyə uyğun olaraq təkmilləşdirilməsi və “Açıq məlumatlar” sahəsində ölkənin beynəlxalq reytinqlərdə göstəricilərinin yaxşılaşdırılması üzrə təkliflərin formalaşdırılması, təqdimatı və icrası.
  • “Açıq məlumatlar” fəaliyyəti üzrə hesabatların (aylıq, rüblük və s.), məktubların və təqdimatların hazırlanması və təqdim edilməsi.

Tələblər

  • Ali təhsil (informasiya texnologiyaları, məlumatların idarə edilməsi, idarəetmə, hüquq və ya əlaqəli sahələr üzrə).
  • Layihə idarə edilməsi sahəsində minimum 3 il rəsmi iş təcrübəsi (dövlət qurumlarının icraçısı olduğu layihələrdə iştirak üstünlükdür).
  • Məlumatların açıqlanmasına, habelə “Açıq məlumatlar” portallarının fəaliyyətinə dair yerli və beynəlxalq tənzimlənmələr (qanunvericiliyin tələbləri, açıq məlumat lisenziyalarının tətbiqi və s.) barədə məlumatlılıq.
  • Data keyfiyyəti və metaməlumatların idarə edilməsi barədə məlumatlılıq.
  • Açıq məlumatlar üzrə beynəlxalq qanunvericilik və siyəsət sənədlərini anlama bacarığı.
  • MS Office proqramlarında (xüsusilə Excel, Word) yüksək səviyyədə işləmə bacarığı.
  • Layihələrin və İT xidmətlərin idarə olunması üzrə metodologiyalar barədə məlumatlılıq (PMI, ITIL 4 və s.).
  • Analitik düşünmə və problem həll etmə bacarığı.
  • Güclü tədqiqat aparmaq, kommunikasiya və yazılı ünsiyyət bacarığı.
  • Azərbaycan dilində səlis, ingilis dilində yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (IDDA)
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (IDDA)

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:Marketinq
Son müraciət tarixi:2025-08-20
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:16/07/2025
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör