work.az
İş axtarİşçi tap
HaqqımızdaƏlaqəFAQ
Menu
VakansiyalarŞirkətlərBloqlarTapşırıqlarTədbirlərMentorlarXidmətlər
Profil yaratDaxil ol
Work.az

+994 (51) 421 21 07

[email protected]

LinkedInLinkedInInstagramInstagramWhatsAppWhatsAppFacebookFacebook
Saytda hər-hansısa səhv tapdınız?

Sizin rəyiniz bizim üçün önəmlidir

Tezliklə, mobil tətbiqimizi yüklə

iOS & Android üçün istifadəyə veriləcəkdir

İş axtarıram

  • Vakansiyalar
  • Tapşırıqlar
  • Şirkətlər
  • Mentorluq
  • Tədbirlər
  • Bloqlar
  • İş elanları

İşçi axtarıram

  • İş axtaranlar
  • Frilanserlər
  • Xidmətlər
  • Şirkətlər
  • İşçi elanları

Əlavə

  • Haqqımızda
  • Əlaqə
  • FAQ

Razılıq

  • Məxfilik siyasəti
  • Şəxsi məlumatların emalına razılıq

© work.az. Bütün hüquqlar qorunur.

LinkedInLinkedInInstagramInstagramWhatsAppWhatsAppFacebookFacebook
  • Əsas səhifə
  • Bloqlar
  • CV göndərirəm amma cavab gəlmir

18 Okt 2025 | İnzibati

CV göndərirəm amma cavab gəlmir

0
6 baxış
3
CV göndərirəm amma cavab gəlmir

CV peşəkar deyilsə, bu artıq siqnaldır

Bəzən bir CV-ni oxumağa cəmi 10 saniyə kifayət edir ki, HR onun peşəkar tərtib olunmadığını dərhal hiss etsin.
Söhbət təkcə qrammatik səhvlərdən getmir — struktursuzluq, məqsədsiz məlumatlar və özünü təqdimetmədə qeyri-ciddilik də eyni dərəcədə mənfi siqnaldır.

Belə CV-lər adətən bu xüsusiyyətləri daşıyır 

  • Ünvan və ailə vəziyyəti kimi artıq məlumatlar
  • Vəzifə adlarının və tarixlərin qarışıqlığı
  • Qısa, məqsədsiz cümlələr (“özümü inkişaf etdirmək istəyirəm”)
  • Dizayn və formatlama baxımından səliqəsizlik

HR baxımından bu nə deməkdir?

HR belə CV-ni gördükdə aşağıdakı nəticələrə gəlir:

  1. Namizəd məlumat toplamadan, yəni əmək bazarında qəbul olunan CV standartlarını öyrənmədən sənəd hazırlayıb.
  2. Peşəkar məsləhət almayıb, çünki düzgün struktur, vurğular və nəticə yönümlü ifadələr yoxdur.
  3. Özünü inkişaf etdirməyə yanaşması passivdir, çünki bazarda yüzlərlə düzgün nümunə varkən, namizəd araşdırma aparmayıb.
  4. Müsahibəyə də eyni hazırlıqsızlıqla gələcək. CV – onun düşüncə və yanaşma tərzinin güzgüsüdür.

 

Nə etmək lazımdır?

Peşəkar olmayan CV problem deyil — amma onu elə saxlamaq problemə çevrilir.

Namizədlər üçün istiqamət budur 

  1. Təhlil et, araşdır, uyğunlaşdır.
    CV-nin məqsədi sənə aid hər şeyi yazmaq deyil — işəgötürənin axtardığı şeyləri göstərməkdir.
  2. Peşəkar məsləhət al.
    HR və ya karyera məsləhətçisi sənin CV-ni baxış bucağını dəyişəcək. Hər peşəkar CV arxasında bir strategiya var.
  3. Səliqə, struktur, nəticə.
    CV-də vizual balans, aydın ardıcıllıq və konkret nailiyyətlər mütləq olmalıdır. Məsələn:
    • “Satışda işlədim” əvəzinə
      “6 ay ərzində tapşırıq planını 130% yerinə yetirdim.”
  4. Müsahibəyə hazırlıq da buradan başlayır.
    CV-ni düzgün hazırlamaq, sənin öz iş təcrübəni analiz etmək bacarığını artırır.
    Bu da deməkdir ki, sən artıq müsahibədə özünü daha inamla təqdim edə biləcəksən.

 

CV sadəcə sənəd deyil, sənin işə münasibətinin göstəricisidir.
Bir CV-dəki hər səhv, bəzən müsahibəyə heç çağırılmamağın səbəbidir.
Əgər sən bu mərhələdə diqqətlisənsə — deməli, işdə də diqqətli olacaqsan.

 

Dostunla paylaş:

whatsapptelegram
Asim Hasanov
Asim Hasanov

İnsan Resursları Departamenti HR

Yazarın digər bloqları

İşləmək istəyirəm amma işləmək istəmirəm

18 Oct 2025

CV-də bu məlumatları yazma

18 Oct 2025

Rəhbərlə ünsiyyət qaydaları

02 Sep 2025

Hamısını göstər

Dostunla paylaş:

whatsapptelegram
Loading...

Digər bloqlar

Asim Hasanov
Asim Hasanov

İnsan Resursları Departamenti HR15 saat əvvəl

İşləmək istəyirəm amma işləmək istəmirəm

15 saat əvvəl
10 baxış
3
0 bəyənmə
Asim Hasanov
Asim Hasanov

İnsan Resursları Departamenti HR15 saat əvvəl

CV göndərirəm amma cavab gəlmir

15 saat əvvəl
7 baxış
3
0 bəyənmə
Asim Hasanov
Asim Hasanov

İnsan Resursları Departamenti HR16 saat əvvəl

CV-də bu məlumatları yazma

16 saat əvvəl
7 baxış
2
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması18 saat əvvəl

Nə alıb satmaq olar?

18 saat əvvəl
20 baxış
9
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması2 gün əvvəl

Anket dolduraraq pul qazanmaq necə olur?

2 gün əvvəl
61 baxış
10
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması1 həftə əvvəl

İş elanı yerləşdirmək istəyirsən?

1 həftə əvvəl
85 baxış
15
0 bəyənmə
Bütün bloqlara keç