18 Okt 2025 | İnzibati

CV sənin iş üçün təqdimat sənədindir, şəxsi həyat hekayən deyil. Amma hələ də çoxları aşağıdakı səhvləri edir:
🔸 “Evli / Subay”
— İşəgötürən üçün bu məlumat vacib deyil. CV iş bacarıqlarını göstərməlidir, ailə vəziyyətini yox.
(Bu məlumatlar bəzən işəgötürəndə önyarqı yarada bilər.)
🔸 “2 uşaq anası / 1 uşaq atası”
— Ailə statusu iş keyfiyyətini ölçən göstərici deyil. CV-ni emosional deyil, faktiki və peşəkar saxla.
🔸 “Asim Həsənov küçəsi 55, mənzil 86”
— Ünvanın bu qədər detallı yazılmasına ehtiyac yoxdur. Sadəcə şəhər və rayon bəs edir:
✅ Bakı, asimos rayonu kimi.
🔸 Şəxsi məlumatlar bölməsində çoxlu detallar:
— Pasport nömrəsi, doğum yeri, ailə üzvlərinin adları, sürücülük vəsiqəsi nömrəsi və s.
Bunlar işə qəbul prosesində tələb olunmur, hətta məlumatların məxfiliyini poza bilər.
CV-də yalnız işə uyğun məlumatlar olsun:
✅ Peşə bacarıqlar
✅ Təcrübə və nəticələr
✅ Təhsil və kurslar
✅ Əlaqə nömrəsi, e-poçt, portfolio linki
Mən on minlərlə CV görmüşəm — və hər dəfə bu cür detallarla qarşılaşanda bir şey düşünürəm:
“Bu CV-ni peşəkar mənbələrdən məsləhət alan yox, heç bir araşdırma aparmadan öz-özünə CV hazırlayan biri yazıb.”
Sənin CV-in səni təmsil edir. Onu “həyat xronogiyası” kimi yox, “reklam broşürü” kimi düşün.
İşəgötürən səndən nə alacağını dəqiq və aydın görməlidir.