09 Okt 2026

“Azərbaycan Hava Yolları” (AZAL) müxtəlif sahələr üzrə yeni iş imkanları təqdim edir. Şirkətdə informasiya texnologiyaları, mühəndislik, layihələrin idarə edilməsi, biznes analitikası, müştəri təcrübəsi, aviasiya və digər istiqamətlər üzrə vakansiyalar mövcuddur.
İş axtaran şəxslər öz bilik, bacarıq və təcrübələrinə uyğun vakansiyanı seçərək müraciət edə bilərlər.
Təqdim olunan bütün vakansiyalar tam ştat iş rejimini əhatə edir. Namizədlər maraqlandıqları vəzifənin qarşısındakı “Müraciət et” keçidinə daxil olaraq işin təsviri, namizədlərə qoyulan tələblər və müraciət qaydaları ilə tanış ola bilərlər.
Müraciət etməzdən əvvəl vakansiyanın aktivliyini və son müraciət tarixini yoxlamaq tövsiyə olunur.
AZAL-da karyera qurmaq istəyirsinizsə, sizə uyğun vakansiyanı seçərək müraciətinizi göndərin!
Daha çox iş imkanları və karyera yenilikləri üçün Work.az platformasını izləyin.