Yol və tunel qurğuları üzrə təcrübə proqramı

Elanın vaxtı bitmişdir
479 baxış

“Bakı Metropoliteni” QSC “Metro Engineer” layihəsi çərçivəsində "Yol və tunel qurğuları" istiqaməti üzrə 6aylıq ödənişli təcrübə proqramı elan edir!

"Metro Engineer" proqramı real texniki mühitdə mühəndislik biliklərini inkişaf etdirmək,yol və tunel qurğularının texniki tələblərə, təhlükəsizlik normalarına və istismar standartlarına uyğun etibarlı işlənməsinin, qatarların hərəkət təhlükəsizliyinin və infrastrukturun daimi hazırlıq vəziyyətinin təmin edilməsi proseslərini yaxından öyrənmək və gələcəkdə metropolitendə davamlı mühəndis karyerası qurmaq istəyən gənclər üçün nəzərdə tutulub.

Proqram sizə nə qazandıracaq?

6 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim

Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi

Təcrübə dövründə aylıq əməkhaqqı

Təcrübənin sonunda davamlı işə qəbul imkanı

Nəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafı

Metropoliten sizə nə vəd edir?

Metropolitendən ödənişsiz istifadə;

Nahar (güzəştli);

Ekspertlərlə “networking” və praktiki biliklər;

Karyera imkanları;

Rəsmi əmək müqaviləsi bağlanması və minimum əmək haqqının ödənilməsi;

Metro Engineer proqramı çərçivəsində əldə edilən təcrübələr:

Eskalator, tunel qurğuları, yol və rabitə sistemləri ilə tanışlıq

Təhlükəsizlik, texniki intizam və mühəndis qərarvermə bacarıqları

Öhdəliklər

-Tunel qurğuları və yol xidməti üzrə avadanlıqların cari texniki vəziyyətini qiymətləndirmək, nasazlıqların aradan qaldırılması üçün tədbirlər planı hazırlamaq.

-Qatarların hərəkət təhlükəsizliyinin təmin edilməsinə dair tədbirlər planını, rüblük arayışları və illik hesabatları tərtib etmək.

-Tunellərdə mövcud axıntılar və süni qurğuların bal ilə qiymətləndirilməsinə dair aylıq arayışları hazırlamaq.

-Yeni avadanlıqların sınaq mərhələsində iştirak etmək, yeni texnologiya və metodların tətbiqinə dair təkliflər hazırlamaq.

-İllik komissiya yoxlamalarında iştirak etmək, aşkarlanan nöqsanların aradan qaldırılmasına nəzarət etmək.

Tələblər

Biz kimləri axtarırıq?

Cinsindən asılı olmayaraq yaş - 22-35 arası gəncləri

Minimum GPA: 80/100;

İngilis dili biliyinin olması arzuolunandır;

Açıq fikirli, öyrənməyə və işləməyə həvəsli, komanda ruhuna sahib biri olmalıdır.

Kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə)

Microsoft Office

Təhsil tələbi: Ali təhsil müəssisələrinin aşağıdakı və ya əlaqəli mühəndislik ixtisasları üzrə bitirən məzunlar:

Nəqliyyat mühəndisliyi;

Dəmir yolu nəqliyyatı mühəndisliyi.

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Təcrübə
Ərazi:Bakı
İş kateqoriyası:Sənaye və istehsalat
Son müraciət tarixi:2026-04-03
Vəzifə dərəcəsi:Kiçik mütəxəssis
Elan paylaşılıb:22/03/2026
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör