Yol mühəndisi

147 baxış
BlackRock Energy and Infrastructure LLC



 

Vəzifə öhdəlikləri:

  • Yol tikintisi layihələrinin texniki cəhətdən təhlili və layihə sənədlərinin yoxlanılması;
  • Yol həndəsəsi, yol profilləri, en kəsiklər və yol örtüyü konstruksiyalarının qiymətləndirilməsi;
  • Torpaq işləri, yol əsasının və asfalt-beton örtüyünün tikintisinə texniki nəzarət;
  • Tikinti işlərinin layihə cizgilərinə, texniki şərtlərə və qüvvədə olan standartlara uyğunluğunun yoxlanılması;
  • İcra olunmuş işlərin həcmlərinin hesablanması və müvafiq texniki hesabatların hazırlanması;
  • Mühəndislik sənədlərinin, işçi çertyojların və icra sənədlərinin hazırlanması və yoxlanılması;
  • Layihəçi, podratçı və texniki nəzarət qrupu ilə koordinasiyanın təmin edilməsi;
  • Yol tikintisi layihələri üzrə mühəndislik sənədlərinin hazırlanması, yoxlanılması və sistemləşdirilməsi;
  • Texniki sənədlərin, hesabatların və layihə sənədlərinin tərtib edilməsi;
  • Layihə sənədlərinin müvafiq texniki norma və standartlara uyğunluğunun təmin edilməsi;
  • Texniki yazışmaların və sənədləşmənin ingilis dilində aparılması;
  • Layihə komandası və digər aidiyyəti tərəflərlə koordinasiyanın təmin edilməsi;

İş qrafiki və qeydlər:

  • 5 günlük iş qrafiki
  • İş yerinin ünvanı: Baş ofis Azur plaza (8 Noyabr prospekti)
  • Əmək haqqı: 1000-1500 AZN 

Tələblər:

  • Təhsil: Yol mühəndisi (Yol və ya mülki tikinti) ixtisası üzrə ali təhsil
  • Yol mühəndisi sahəsində  azı 2 il iş təcrübəsi
  • Cinsi: Qadın
  • İngilis dilində sərbəst danışmaq, fikirlərini yazılı ifadə etmək qabiliyyəti

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Yol mühəndisi” qeyd edərəkMüraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

 


 

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:Sənaye və istehsalat
Son müraciət tarixi:2026-12-01
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:31/10/2026
1000 — 1500

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 336 vakansiyanı gör