📍Fire Safety Caspian Azerbaijan
Əmək haqqı: 2500-3500 AZN + bonus
Tələblər:
- 30-50 yaş;
- Dillər: azərbaycan dili (vacib), ingilis dili (vacib), rus dili (arzu olunandır)
- Texniki ali təhsil (mühəndislik, təhlükəsizlik və ya oxşar sahə)
- Fire Protection / Fire Alarm sistemləri üzrə iş təcrübəsi;
- Layihələrin idarə olunması üzrə təcrübə;
- Yanğından mühafizə sistemləri üzrə minimum 3 il iş təcrübəsi
- Yerli və xarici standartlar üzrə bilik (AZS, QOST, SNIP, NFPA, EN və s.)
- Texniki layihə və çertyojları oxuma bacarığı;
- Normativ və texniki sənədlərlə işləmə bacarığı;
- Audit və texniki yoxlama təcrübəsi
- Analitik düşüncə, detallara diqqət
- Texniki hesabat yazma bacarığı
- MS Office bilikləri
Vəzifə öhdəlikləri:
- Layihələrin texniki tələblərə və normativlərə uyğunluğunun yoxlanılması;
- Layihələrin başlanğıcdan təhvilə qədər idarə olunması;
- Layihə üzrə işlərin planlaşdırılması, iş bölgüsünün aparılması və icrasına nəzarət;
- Texniki heyətin və podratçıların işinin koordinasiyası;
- Material və avadanlıqların texniki tələblərə uyğunluğunun yoxlanılması;
- Sifarişçi ilə texniki məsələlər üzrə danışıqların aparılması;
- Layihə sənədlərinin, hesabatların və təhvil-təslim sənədlərinin hazırlanmasına nəzarət;
- Yanğından mühafizə sistemlərinin (yanğın siqnalizasiya, avtomatik söndürmə, sprinkler, hidrant, və s.) auditinin aparılması
- Obyektlərdə mövcud sistemlərin yerli və beynəlxalq standartlara uyğunluğunun yoxlanılması
- AZS,QOST, SNIP, NFPA, EN, ISO və digər normativ sənədlər əsasında qiymətləndirmə
- Audit nəticələri üzrə rəy və ətraflı texniki hesabatların hazırlanması
- Aşkarlanmış uyğunsuzluqlar üzrə texniki tövsiyələrin verilməsi
- Layihə və icra sənədlərinin təhlili
- Daxili və xarici yoxlamalarda iştirak
- Rəhbərliyin tapşırıqlarını və göstərişlərini yerinə yetirmək, mütəmadi olaraq rəhbərliyə hesabatlar hazırlayaraq təqdim etmək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunanelektron poçt ünvanına göndərə bilərlər. Göndərilən məktubun “mövzü” yerində “Yanğından mühafizə sistemləri üzrə audit” qeyd edin.