📍JSM Financial Group LLC
İş barədə məlumat:
- Alış və satış qaimələrinin 1C ilə düzgünlüyünün yoxlanması;
- Əvvəlki və cari dövrlərdə vergi uçotunda yaranan problemlərin həll edilməsi (təsdiqedici alt sənədlərin bərpası və təmin edilməsi);
- Bütün növ vergi bəyannamələrinin göndərilməsi;
- Vahid Bəyannamə hesabatının göndərilməsi;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
- Verginin tələbi üzrə hesabatların hazırlanması;
- Mühasibat və vergi uçotu qaydalarını rəhbər tutaraq uçotun aparılmasının təşkil edilməsi;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin 1C proqramında) düzgün əks etdirilməsinin təmin edilməsi;
- Vergi hesabatlarının hazırlanması, vergi orqanına və rəhbərliyə təqdim edilməsi;
- Xidmət göstərən şəxslərdən vergilərin və digər məcburi ödənişlərin hesablanması;
- Vergi qanunvericiliyini və yenilikləri izləyərək uçotun optimallaşdırılması istiqamətində müvafiq təkliflər vermək.
İş şərtlərimiz:
- Əmək haqqı:1500 AZN (net)
- İş qrafiki : Tam iş günü (5 gün)
- İş saatları: 09:00-18:00.
- İş yeri: şəhərin mərkəzində.
Tələblər:
- Təhsil : Ali
- İş təcrübəsi : 1 ildən 3 ilə qədər
- Yaş : min 23
- Ali təhsil (maliyyə,vergi, biznesin idarə olunması sahələri üzrə);
- Müvafiq sahədə 3-5 il iş təcrübəsi;
- Vergi və Əmək qanunvericiliyi üzrə biliklər;
- 1C 8.3 və MS Excel ilə işləmə bacarığı mütləqdir;
- Dəqiqlik, nizam-intizam,məsuliyyətlilik və kollektivlə işləmə bacarığı.
Yalnız tələblərə uygun olan və yalnız qeyd olunan vakansiya üçün müraciətlərinizi, mövzu yerində “Vergilər üzrə mühasib” qeyd edərək (Cv foto ilə) Müraciət Et düyməsində göstərilən mail ünvanına göndərə bilərsiniz.