Ünvanda təqib şöbəsinin mütəxəssisi (Ağcabədi)

Elanın vaxtı bitmişdir
484 baxış
Vakansiya haqqında

 

Kapital Bankın Kreditlərin ilkin təqibi departamentinin ünvanda təqib şöbəsinin iş fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədilə, detallara qarşı diqqətli, analitik düşüncə qabiliyyətinə malik, eyni zamanda müştərilərlə effektiv ünsiyyət qurma bacarıqlarına sahib olan, komandada işləməyi sevən və məsuliyyətli namizədlər axtarırıq.

 

Tələblər

Texniki bacarığı: Kompyuter-də işləmək səriştəsinə malik olmaq.

Sahə üzrə iş təcrübəsi: Minimum 1 illik təcrübəyə malik olmaq.

Dil bacarıqları: Azərbaycan dilini mükəmməl səviyyədə bilmək və kommunikasiya qurmaq bacarığı,rus dili arzuolunandır.

Digər səriştələr: Operativ, ünsiyyətçil, təmkinli və problemli borcalanlar ilə əlaqə yaratmaq bacarığı mütləqdir.

Öhdəliklər

Gecikmiş kreditlər üzrə borcalanların və zaminlərin qeydiyyatı, faktiki yaşayış ünvanlarına və iş yerlərinə səfər olunması;

Əlaqə yaratmaq mümkün olmayan borcalanlar və onların zaminlərinin digər əlaqə vasitələrinin əldə olunması;

Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirlərin görülməsi;

Problemli müştərilərin maliyyə vəziyyətindən asılı olaraq kreditin restrukturizasiya cəlb edilməsi.

Təklif olunanlar

İnkişaf imkanları

Rəqabətli əmək haqqı və bonuslar

Yüksək təminatlı sığorta

Dəstəkləyici mühit

Visa Premium əmək haqqı kartı

Korporativ endirimlər

Korporativ tədbirlər

Əlavə məzuniyyət

Güzəştli təhsil və işçi kredit

Haqqımızda

 

Biz Azərbaycanda ən çox müştəriyə rəqəmsal xidmətlər göstərən və trendləri təyin edən bankıq. Biznes və texnologiya həllərini ölkəmizdə ilk dəfə ekosistem şəklində təqdim edən Birbankda işləmək – dinamika, inkişaf və çeviklik deməkdir. Ofislərimizdən müzakirə səsləri əskik olmur. Bu müzakirələrin mövzuları müştərilərimizin ehtiyaclarını qarşılamaq üçün daha üstün məhsullar hazırlamaq və əməkdaşlarımız üçün hər gün daha yaxşı iş şəraiti yaratmağın doğru yollarını axtarmaqdır.

 

Birbank hədəflərin imkanlara qovuşduğu yerdir. Biz hər bir əməkdaşımız üçün böyük öyrənmə, inkişaf və karyera yüksəlişi imkanları, ən əsası isə ideyalarını reallaşdırmaq üçün unikal iş mühiti təklif edirik. Hədəfinizə yaxınlaşmaq üçün sizə də bankımızda öz yerinizi alın.

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Ağcabədi
İş kateqoriyası:Maliyyə
Son müraciət tarixi:2026-03-10
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:25/02/2026
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör