📍StoneMillers
Əsas vəzifələr:
- Tikinti və təmir layihələrinin planlaşdırılması və icrasında mühəndis və layihə rəhbərlərinə dəstək vermək.
- Tikinti sahələrində gündəlik proseslərin izlənilməsi və hesabatların hazırlanması.
- Layihə üzrə ölçü işlərində, material siyahılarının (BOQ) hazırlanmasında və təhlilində iştirak etmək.
- Podratçılar, təchizatçılar və sahə komandaları ilə koordinasiya proseslərində layihə rəhbərinə yardım göstərmək.
- Layihə sənədlərinin, planların, iş qrafiklərinin və texniki tələblərin hazırlanmasına və yenilənməsinə dəstək olmaq.
- Tikinti keyfiyyətinin və təhlükəsizlik qaydalarının yerinə yetirilməsini izləməkdə iştirak etmək.
- Stonemillers-in keyfiyyət standartlarına uyğun olaraq interyer və eksteryer layihələrinin reallaşdırılması prosesində dəstək vermək.
- Sosial media üçün tikinti və layihə mövzularında maarifləndirici kontent hazırlanmasına kömək etmək
Tələblər:
- İnşaat mühəndisliyi, memarlıq, layihə idarəetməsi və ya əlaqəli sahədə təhsil alan tələbə olmaq.
- Tikinti sahəsinə, dizayn və memarlıq proseslərinə maraq göstərmək.
- Analitik düşünmə, dəqiqlik və məsuliyyətlilik.
- Komanda ilə işləmə bacarığı və güclü ünsiyyət qabiliyyəti.
- Microsoft Office proqramlarında (Excel, Word, PowerPoint) sərbəst işləmək.
- AutoCAD, ArchiCAD və ya digər dizayn proqramlarında ilkin bilik üstünlükdür.
- Ofisdə və sahədə tam iş rejimində işləmək imkanı.
Qazanacaqlarınız:
- Real tikinti və təmir layihələrində iştirak etmək imkanı.
- Peşəkar mühəndislər, memarlar və layihə menecerləri ilə birbaşa işləmək.
- Praktiki təcrübə: ölçmə, material seçimi, iş qrafiki hazırlanması, podratçı koordinasiyası və s.
- Tikinti proseslərinin başdan–sona dərk edilməsi: layihə, təchizat, montaj, təslim mərhələləri.
- Stonemillers-in premium təmir və tikinti yanaşmasını praktiki olaraq öyrənmək.
- İnşaat sahəsində gələcək karyera üçün vacib olan texniki və yumşaq bacarıqların inkişafı.
- Layihə idarəetməsi və sahə nəzarəti üzrə baza biliklərinin əldə edilməsi.
Qeyd:
- Təcrübə proqramını uğurla tamamlayan namizədlər Stonemillers şirkətində əməkdaş kimi işə qəbul ediləcəklər.
- Təcrübə uzunmüddətli nəzərdə tutulmuşdur. Qısa müddətli təcrübə axtaran şəxslərin müraciət etməməsi xahiş olunur.
- Bakalavrın son kursunda oxuyan namizədlərə üstünlük veriləcək.
Təcrübə Detalları:
- Müddət: 3–6 ay
- Format: Tam iş rejimi
- İş qrafiki: Bazar ertəsi – Cümə, 09:30–18:00
- Məkan: Stonemillers MMC ofisi, Bakı, Azərbaycan
- Təcrübə növü: Ödənişsiz
Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Tikinti layihələri üzrə Təcrübəçi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər: