Tikinti briqadasının rəhbəri (Pararaf)

Elanın vaxtı bitmişdir
528 baxış
📍Nur Collection


Əmək haqqı: Razılaşma yolu ilə

İş şəraiti:

  • 6 günlük iş qrafiki
  • Nahar fasiləsi:  13:00 -  14:00
  • Ünvan: Bakı şəhəri və ətraf rayonlarda yerləşən mağazalarımız

Əsas Vəzifələr:

  • Yeni açılacaq mağazaların təmir-bərpa işlərinin planlaşdırılması və icrasına nəzarət;
  • Mövcud mağazalarda aparılan cari və əsaslı təmir işlərinə nəzarətin həyata keçirilməsi;
  • Təmir işləri üzrə ustaların və briqadaların işinin təşkili, koordinasiyası və nəzarətdə saxlanılması;
  • Mağazaların mütəmadi olaraq yoxlanılması, texniki və konstruktiv problemlərin vaxtında aşkarlanması və aradan qaldırılması üçün tədbirlərin görülməsi;
  • Rayonlarda yerləşən mağazalara mütəmadi səfərlərin edilməsi, görülən işlərin yerində yoxlanılması;
  • Təmir işlərinin təsdiq edilmiş layihə, texniki tələblər və təhlükəsizlik qaydalarına uyğun icrasının təmin edilməsi;
  • Material və işçi qüvvəsindən səmərəli istifadə olunmasına nəzarət;
  • Görülən işlər barədə rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi;
  • Təcili təmir ehtiyaclarının operativ şəkildə həllinin təşkili.

Namizədə tələblər:

  • Tikinti, təmir və ya müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi (briqada rəhbəri kimi təcrübə üstünlükdür);
  • Təmir-bərpa işləri üzrə texniki biliklər;
  • Ustalarla işləmək və komandanı idarəetmə bacarığı;
  • Texniki sənədləri, plan və smetaları oxuma bacarığı;
  • Məsuliyyətli, operativ və problem həll etmə qabiliyyəti;
  • Ezamiyyətlərə (rayonlara səfərlərə) hazır olmaq;
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydaları üzrə biliklər.

Komandamıza uyğun olan  namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “Tikinti briqadasının rəhbəri (Pararaf)” qeyd etməklə, Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. 
 

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:Sənaye və istehsalat
Son müraciət tarixi:2026-03-06
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:07/02/2026
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör