Tibbi nümayəndə

Elanın vaxtı bitmişdir
1047 baxış

📍ATİCO PHARMA

İş barədə məlumat

Tibbi Nümayəndə Vakansiyası

Dərman sektorunda fəaliyyət göstərən şirkətimizə inkişaf yönümlü, ünsiyyətcil və öyrənməyə açıq tibbi nümayəndələr axtarırıq.

Əgər satış sahəsində karyera qurmaq, tibbi biliklərinizi praktikada tətbiq etmək və peşəkar komandada çalışmaq istəyirsinizsə – sizi komandamıza dəvət edirik.

 

Biz nə təklif edirik:

Rəqabətədavamlı maaş + bonus sistemi

İlkin və davamlı təlim proqramları

Karyera inkişafı və yüksəliş imkanları

İş fəaliyyəti üçün zəruri texniki dəstək

Peşəkar və dəstəkləyici iş mühiti

 

Müraciət qaydası:

Maraqlanan namizədlər CV-lərini “Tibbi nümayəndə” başlığı ilə [email protected] mail adresinə göndərə bilərlər. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.


Öhdəliklər

Müəyyən edilmiş ərazi üzrə həkim və apteklərlə müntəzəm görüşlərin keçirilməsi

Şirkət məhsullarının tibbi nümayişi və təqdimatı

Məhsullar haqqında məlumatlılığın artırılması

Satış planlarının icrasında aktiv iştirak

Gündəlik və aylıq hesabatların hazırlanması

Bazarı və rəqibləri izləmək, məlumatları rəhbərliyə təqdim etmək.


Tələblər

Ali və ya orta ixtisas təhsili (tibb, əczaçılıq, biologiya, kimya və ya əlaqəli sahələr üstünlükdür)

Satış və ya tibbi nümayəndə sahəsində təcrübə üstünlükdür (təcrübəsiz namizədlərə də baxılır)

Yaxşı ünsiyyət və təqdimat bacarıqları

Öyrənməyə və inkişaf etməyə həvəsli olmaq

Məsuliyyətli, aktiv və nəticə yönümlü yanaşma

Azərbaycan dilində sərbəst ünsiyyət (rus və ya ingilis dili üstünlükdür)

MS Office proqramlarında istifadəçi səviyyəsində biliklər

Sahə işi və ezamiyyətlər üçün hazır olmaq.

 

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Şirvan
İş kateqoriyası:Tibb və Əczaçılıq
Son müraciət tarixi:2026-05-01
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:01/04/2026
500 — 1000

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 358 vakansiyanı gör