SDM-ə tabe olan bütün obyektlərdə statik avadanlıqlar üzrə texniki nəzarət fəaliyyətini həyata keçirir. SDM-in texniki nəzarət göstəriciləri və hədəflərinə uyğunluğun monitorinqini aparır, mexaniki bütövlüyün təkmilləşdirilməsi istiqamətində inkişaf imkanlarını müəyyənləşdirir və bu inkişafların həyata keçirilməsi məqsədilə Texniki Nəzarət üzrə Baş/Böyük Mühəndisə dəstək göstərir.
SDM-in Bütünlük və Etibarlılıq Rəhbərliyi, Bütünlük meneceri və TNBM tərəfindən müəyyən edilmiş texniki nəzarət tədbirlərini həyata keçirilməsi;
Mövcud qaydalar,sənayenin ən yaxşı təcrübələri,beynəlxalq norma və standartlara əsaslanaraq mexaniki bütövlük fəaliyyətinin həyata keçirilməsi;
Müvafiq qeyd və məlumatların dolğun,düzgün rəsmləşdirilməsinin aparılması, auditələrə təqdim edilməsi üçün hazırlanması və bu işlərdə böyük mühəndisi dəstəkləmək;
Avadanlıqların təhlükəsiz istismarına, yoxlanmasına, çıxdaş edilməsinə və təmirinə aid mütərəqqi üsulları öyrənir və istehsalata tətbiq etmək;
İstehsalatların (sahələrin) mühəndis-texniki işçiləri ilə birlikdə ayrı-ayrı avadanlıqlarda yoxlama, baxış və sınaqların aparılmasında iştirak etmək;
Komitə üzvü kimi Risk Əsaslı Nəzarət və Texniki Nəzarət İdarəetmə işçi qruplarında iştirak etmək, rəy və təkliflər vermək və nəticələri həyata keçirmək;
Texniki nəzarət prosedurlarını və təlimatlarını hazırlanmasında iştirak etmək və texniki nəzarət işçilərinin, o cümlədən subpodratçıların müvafiq prosedurlara, standartlara və spesifikasiyalara uyğun işləməsini təmin etmək və onlara nəzarət etmək;
Texniki nəzarət və sınaq planlarının hazırlanmasını dəstəkləmək və bu sənədlərdə qeyd olunan fəaliyyətlərə nəzarət etmək və həyata keçirmək;
Statik avadanlıqların (borular, qoruyucu klapanlar, siyirtmələr, təzyiq altında işləyən qablar və s ) satınalmalarında texniki təsdiqi prosesinin dəstəklənməsi, tədarükçünün sahədəki işlərini izləmək;
Nəticələr və tövsiyələr daxil olmaqla, texniki Nəzarət fəaliyyətləri haqqında hesabatların hazırlanması və təsdiq üçün təqdim edilməsi, Müvafiq məlumat və hesabatların elektron idarəetmə proqramında qeyd etmək və ya təmin etmək;
Auditin nəticələri barədə Texniki Nəzarət Baş Mühəndisini məlumatlandırmaq;
Aylıq texniki nəzarət hesabatlarının hazırlanması və Texniki Nəzarət üzrə Böyük Mühəndisə təqdim etmək;
Təsdiq edilmiş cədvəllər əsasında mövcud qaydalar, texniki şərt və normalara uyğun olaraq istehsal sahələrinin avadanlığın texniki vəziyyətinə cavabdeh mühəndis-texniki işçiləri ilə birlikdə avadanlıqlarda keyfiyyətə müvafiq yoxlamalar aparmaq;
Avadanlıqların təmiri zamanı qüsur cədvəllərində təmir işlərinin həcminin yoxlama çıxdaş aktlarına uyğun olmasına nəzarət etmək;
Avadanlıqların pasportlarının tərtib edilməsinə, lazım gəldikdə düzəliş və əlavələrin vaxtlı-vaxtında aparılmasına nəzarət etmək;
Avadanlıqların quraşdırılması, rekonstruksiyası və təmirindən sonra qəbulunda iştirak edir və texniki sənədlərin qəbuluna, sənədlərin düzgün və dolğunluğuna nəzarət etmək;
Yükqaldırıcı mexanizmlərin işləmə müddətinin hesabatını aparmaq, xidmətlər tərəfindən texniki baxış və yoxlamaların keşirilməsinə, keyfiyyətli istismar qaydalarına müvafiq olaraq işləməsinə nəzarət etmək;
Boru xətləri üçün avadanlıqların və Korroziyaya Nəzarət Zonalarının (KNZ) müəyyən etmək, nəzərdən keçirilməsi və təkmilləşdirilməsində iştirak etmək, texniki nəzarət və sınaq məlumatlarını toplamaq (Asset Integrity Management ). Bütünlüyün İdarəolunması proqramı ilə avadanlığın istismar tarixini izləmək və yeniləmək;
QK (PSV)-ın sınaq və dərəcələmə (kalibrləmə) proseslərinə nəzarət etmək və sınaq qeydlərini saxlamaq;
Avadanlıq və boru kəmərlərində təmir işləri üçün iş sifarişlərinin hazırlamaq;
Lazım olduqda ACA, RCM, HAZOP, SIL, 5WHY, RCA və s. İşçi qruplarında fəal iştirak etmək və müvafiq tədbirlər görmək;
Ona tabe olan işçilərin peşəkar və şəxsi inkişafı üçün lazım olan bacarıq inkişaf sahələrini təqib etmək və tabe olduğu rəhbərə çatdırmaq;
SDM-ın NEZ və Neft-Kimya Sahəsinin təhlükəsizlik tələbləri və hədəfləri barədə məlumatlı olmaq, işçi heyətini və subpodratçıları buna uyğun istiqamətləndirmək. Məsul olduğu ərazidə bədbəxt hadisələrin qarşısının alınması məqsədilə qüvvədə olan SƏTƏMM qaydalarına riayət olunması üçün zəruri nəzarəti həyata keçirmək, aidiyyəti işçilərə xəbərdarlıq etmək;
Texniki nəzarət məsələləri üzrə qərarların qəbul edilməsinə dəstək;
Fəaliyyət sahəsi ilə əlaqədar tabe olduğu rəhbər tərəfindən ona həvalə edilmiş vəzifələrin yerinə yetirmək;
İş saatlarından əlavə gələn təcili zənglərə cavab vermək, zərurət yarandıqda iş vaxtından artıq işləmək, lazım olduqda iş saatlarından sonra zənglərə dəstək vermək;
Statik avadanlıq üçün quraşdırma vasitələrinin yaradılması və mövcud olanları yeniləmək;
Təftiş, sınaq, nəzarət avadanlığı və cihazlarının müvafiq qaydada istifadə edilməsini, və saxlanmasına nəzarət etmək;
Statik avadanlıqların və ehtiyyat hissələrinin məsul olduğu sahə üzrə satınalma tələbnaməsini yaradır, iddiaçıların texniki dəyərləndirilməsini həyata keçirərək qiymətləndirmə forması imzalayır və bütün texniki məqamlardan məsuliyyət daşıyır;
Şirkətin siyasətinə, missiyasına, vizyonuna, korporativ dəyərlərinə, hüquqi və digər tələblərə, habelə şirkətin etik normalarına, siyasətlərinə, qaydalalarına, təlimatlarına, strategiyalarına və məqsədlərinə uyğun fəaliyyət göstərmək;
Tabeliyində olan vəzifələrdə olan kadrlar tərəfindən müvafiq qaydaların, siyasətlərin və digər tələblərin qəbulunu və yayılmasını təmin etmək;
Sahəyə aid məlumatların və sənədlərin düzgünlüyünü yoxlamaq;
Avadanlıqların quruluşu, keyfiyyəti, iş xüsusiyyətləri, texniki istismar qaydaları texniki şərtləri haqqında təlimatları mükəmməl öyrənmək;
Menecer və TNBM tərəfindən müəyyən olunmuş iş bölgüsü əsasında digər işləri və onların ayrı-ayrı tapşırıqlarını yerinə yetirmək;
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş işçinin əsas vəzifələrini icra edir və məsuliyyət daşıyır.
Müvafiq sahə üzrə ali təhsil (mexanika mühəndisliyi, metallurgiya və ya bənzər texniki sahə);
Müvafiq sahə üzrə ən az 2 il iş təcrübəsi;
İngilis dilində sərbəst oxumaq, yazmaq və danışmaq bacarığı;
İngilis dili biliyini təsdiq edən IELTS, TOEFL və ya bənzəri beynəlxalq sertifikatlar üstünlükdür;
Aktiv Səviyyə 2 SNT 1C və ya EN 9712 NS (PT), US (UT), MSS (MT), VT, RT – hər hansı biri və ya bir neçəsi üstünlükdür;
CSWIP Welding Inspector 3.1 və ya 3.2 sertifikatı üstünlükdür;
API 510, 570, 571, 653, 572 standartlarından biri və ya bir neçəsinin olması arzu olunur.
AR-nın Qanunlarını, Qaydalarını və qüvvədə olan qaydaları, rəhbər sənədləri, təlimatları və qabaqcıl beynəlxalq standartları - APİ 510,570,571,653,572 ASME PCC 1,2,3, oxuma, anlama, rəy bildirmə, tətbiq etmə bacarığı olmalıdır.

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.
Vakansiyanı irəli çək
Daha çox namizədə çat
Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Vakansiyalar
700 — 1400

Vakansiyalar
2000 — 2500

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Vakansiyalar
Maaş müzakirəyə əsasən