MEC DESIGN Azərbaycanda aparıcı podratçı və fit-out şirkətlərindən biridir və yüksək səviyyəli, prestijli layihələr üçün memarlıq, MEP və təbii daş işlərinin icrasında ixtisaslaşmışdır. Mükəmməllik və innovasiyaya sadiqliyimiz çərçivəsində Bakı şəhərində komandamızı genişləndiririk.
Əsas vəzifə öhdəlikləri
- Tikinti və fit-out layihələri üzrə tender sənədlərinin hazırlanmasını və tender prosesinin təşkilini həyata keçirmək;
- Tender sorğularını (RFQ) hazırlamaq və potensial təchizatçı və subpodratçılara göndərmək;
- Tenderdə iştirak edən təchizatçı və subpodratçıların təkliflərini toplamaq, sistemləşdirmək və müqayisə etmək;
- Kommersiya və texniki təkliflərin müqayisəli analizini aparmaq;
- BOQ (Bill of Quantities) və texniki spesifikasiyaların hazırlanmasında iştirak etmək, onların düzgünlüyünü və tamlığını yoxlamaq;
- Layihə çertyojlarının, BOQ, texniki spesifikasiyaların və digər tender sənədlərinin bir-biri ilə uyğunluğunu yoxlamaq;
- Daxil olan qiymət təkliflərini analiz etmək və müqayisəli qiymət/cost breakdown cədvəlləri hazırlamaq;
- Təchizatçı və subpodratçılarla qiymət, ödəniş, çatdırılma və digər kommersiya şərtləri üzrə danışıqlar aparmaq;
- Tenderlərin son təqdimetmə tarixlərini izləmək və tender təqvimini planlaşdırmaq;
- Tender prosesi çərçivəsində tələb olunan məlumat və sənədlərin vaxtında toplanmasını təmin etmək;
- Layihə komandası ilə koordinasiyada işləmək və tender üçün zəruri texniki məlumatların əldə edilməsini təmin etmək;
- Tender nəticələrini qiymət, texniki uyğunluq və kommersiya şərtləri baxımından analiz etmək;
- Tender nəticələri üzrə rəhbərliyə müqayisəli hesabat, yekun qiymətləndirmə və tövsiyələr təqdim etmək;
- Tender sənədlərinin sistemli şəkildə arxivləşdirilməsini və məlumat bazasının aktual saxlanılmasını təmin etmək;
- Tender prosesinin daha effektiv və sistemli aparılması üçün mövcud təchizatçı və subpodratçı bazasının inkişaf etdirilməsində iştirak etmək.
Namizədə tələblər
- Ali təhsil — memarlıq, inşaat mühəndisliyi və ya əlaqəli mühəndislik ixtisası;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi mütləqdir;
- Tikinti və fit-out tenderləri üzrə praktiki iş təcrübəsi mütləqdir;
- BOQ, texniki spesifikasiyalar, layihə çertyojları və kommersiya təklifləri ilə işləmək bacarığı;
- Təchizatçı və subpodratçı təkliflərinin müqayisəli analizi və cost breakdown hazırlanması üzrə təcrübə;
- Təchizatçı və subpodratçılarla qiymət və kommersiya şərtləri üzrə danışıqlar aparmaq bacarığı;
- Microsoft Excel proqramında yüksək səviyyədə işləmək bacarığı — Pivot Table, formulalar, məlumatların analizi və müqayisəli cədvəllərin hazırlanması;
- Tender təqvimini və son tarixləri effektiv şəkildə idarə etmək bacarığı;
- Güclü analitik düşüncə və rəqəmlərlə işləmək bacarığı;
- Güclü kommunikasiya və danışıqlar aparmaq bacarığı;
- Süni intellekt (AI) alətlərindən, o cümlədən ChatGPT, Claude və analoji alətlərdən tender sənədlərinin hazırlanması, məlumatların analizi, təkliflərin müqayisəsi, hesabatların hazırlanması və digər tender proseslərində aktiv və effektiv istifadə bacarığı — mütləqdir;
- İngilis dili üzrə yazılı və şifahi ünsiyyət bacarığı;
- Tender sənədlərinin sistemləşdirilməsi və sənədləşmə prosesinə yüksək diqqət;
- Fit-out layihələri üzrə tender təcrübəsi olan namizədlərə üstünlük veriləcək;
- Müvafiq sahə üzrə real tikinti və fit-out layihələrində sübut olunmuş praktiki iş təcrübəsi mütləqdir.
Zəhmət olmasa CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərin və məktubun mövzu hissəsində “Tenderlər üzrə Menecer” qeyd edin.
Komandamıza qoşularaq müasir, funksional və ilhamverici memarlıq məkanlarının yaradılmasına töhfə verin. Sizi komandamızda görməkdən məmnun olarıq!