📍Balique 2023 Ltd MMC
Vəzifənin məqsədi
- Şirkətin məhsullarının müştərilərə vaxtında, təhlükəsiz və keyfiyyət tələblərinə uyğun şəkildə çatdırılmasını təmin etmək. Daşınma zamanı məhsulların temperatur rejiminin və gigiyenik normaların qorunmasına nəzarət etmək.
Tələblər:
- Anbardan məhsulları qaimə əsasında təhvil almaq və müştərilərə vaxtında çatdırmaq.
- Məhsulların daşınması zamanı temperatur rejimi qaydalarına riayət etmək.
- Çatdırılma zamanı malların bütövlüyünü və keyfiyyətini qorumaq.
- Müştərilərə təqdim edilən qaimə, hesab-faktura və digər sənədlərin düzgün imzaladılmasını təmin etmək.
- Nağd və ya POS vasitəsilə ödənişləri qəbul etmək (əgər tətbiq edilirsə) və vaxtında mühasibatlığa təhvil vermək.
- Gündəlik marşrut üzrə çatdırılmaları plan üzrə icra etmək.
- Nəqliyyat vasitəsinin texniki vəziyyətinə nəzarət etmək, nasazlıq olduqda rəhbərliyə məlumat vermək.
- Avtomobilin sanitar vəziyyətini daim təmiz və qida daşınmasına uyğun saxlamaq.
- Yanacaq sərfiyyatına nəzarət etmək və yol vərəqələrini düzgün doldurmaq.
- Müştərilərlə etik və nəzakətli davranmaq, şirkətin imicini qorumaq.
- Hazır sifarişlərin qaimə əsasında yoxlanılmasında iştirak etmək, məhsulların çeşid və miqdar baxımından uyğunluğunu təmin etmək və malların nəqliyyat vasitəsinə düzgün şəkildə yüklənməsinə nəzarət etmək.
- Rəhbərlik tərəfindən müəyyən edilmiş ünvanlardan və ya təchizat nöqtələrindən malların vaxtında və düzgün şəkildə götürülməsini təmin etmək.
- Götürülmüş sifarişlərin anbara təhvil verilməsi prosesində digər əməkdaşlarla birlikdə iştirak etmək və malların düzgün şəkildə anbara yerləşdirilməsinə nəzarət etmək.
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
İş şəraiti:
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşmə
- Karyera inkişaf imkanı
- Mehriban və peşəkar komanda
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Sürücü” qeyd olunmalıdır.