SƏTƏM üzrə mühəndis

73 baxış

AzerGold QSC Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit şöbəsinə (SƏTƏM, Çovdar inteqrəolunmuş regional emal sahəsi, Mərəh sahəsi) SƏTƏM üzrə mühəndis axtarır. Vakansiya sayı: 2. İş yeri: Daşkəsən rayonu.

Əsas vəzifə öhdəlikləri

  • Müvafiq qanunvericiliyə uyğun olaraq sağlamlıq, texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə prosedurlarının hazırlanmasında, yenilənməsində iştirak etmək və effektiv tətbiqinə nəzarət etmək.
  • Layihədə istifadə olunan qurğuların, avadanlıqların və proseslərin müntəzəm audit və təftişlərini həyata keçirmək, nəticələri sənədləşdirmək və düzəldici tədbirlərin icrasına nəzarət etmək.
  • Sahə üzrə aparılan müşahidə, yoxlama və auditlər zamanı aşkar edilən uyğunsuzluqları müəyyən etmək, onların risk səviyyəsinə uyğun qiymətləndirilməsini təmin etmək, aradan qaldırılması üçün müvafiq göstərişlərin hazırlanmasını və aidiyyəti şəxslərə çatdırılmasını təşkil etmək, həmçinin onların yerinə yetirilməsinə nəzarət etmək.
  • Layihəyə cəlb olunan işçilər, podratçılar və digər əlaqəli tərəflər üçün giriş təlimatlarının keçirilməsini təşkil etmək, təlim materiallarının hazırlanmasına dəstək vermək, işçilərin biliklərinin yoxlanılması prosesini təmin etmək, həmçinin struktur bölmələr tərəfindən həyata keçirilən ilkin, təkrar və plandankənar təlimatlara nəzarət etmək.
  • Bədbəxt hadisələrin və digər qəza hallarının araşdırılmasını təşkil etmək, nəticələri sənədləşdirmək həmçinin düzəldici və qabaqlayıcı tədbirlərin tətbiqinə nəzarət etmək.
  • SƏTƏM üzrə qüvvədə olan qanunvericilik və daxili normativ tələblərə uyğunluğu yoxlamaq və dəyişikliklər barədə aidiyyəti tərəfləri məlumatlandırmaq.
  • SƏTƏM göstəricilərinin monitorinqini həyata keçirmək, sənədlərin aktuallığını təmin etmək və gündəlik, aylıq və illik hesabatların hazırlanmasını və təqdim edilməsini təmin etmək.
  • Fövqəladə hallara cavab planlarının hazırlanmasında iştirak etmək və onların effektiv tətbiqini təmin etmək.
  • Əməliyat komandaları, podratçılar və digər tərəflərlə SƏTƏM üzrə effektiv kommunikasiya qurmaq, məlumatların toplanmasını, təhlilini və ötürülməsini təmin etmək.
  • İş yerlərində risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və idarə olunmasına nəzarət etmək.
  • Podratçı və təchizatçıların SƏTƏM tələblərinə uyğun fəaliyyət göstərməsini qiymətləndirmək, bu məqsədlə audit və yoxlamalar həyata keçirmək və uyğunluğun davamlı olaraq təmin edilməsinə nəzarət etmək.
  • Layihə üzrə SƏTƏM sifarişlərinin hazırlanması, izlənməsi və müvafiq hesabatların tərtib olunmasında iştirak etmək.

Tələb olunan bilik və bacarıqlar

  • Azərbaycan dilində sərbəst, rus və ingilis dillərində (ən azı oxuma və hesabat səviyyəsində) bilikləri olmalıdır;
  • MS Office proqramlarını yaxşı səviyyədə bilməli;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Əməyin Mühafizəsi haqqında qanun və digər normativ sənədlər üzrə bilikləri olmalıdır;
  • ISO 45001 - 2018 Beynəlxalq Standartlarının tələbləri üzrə biliklər;
  • NEBOSH və ya NVQ4 ekvivalent beynəlxalq sertifikatlara malik namizədlərə əhəmiyyətli dərəcədə üstünlük verilir;
  • Yüksək səviyyədə hesabat hazırlama və analitik düşünmə qabiliyyəti olmalıdır;
  • Tətbiq olunan SƏTƏM qaydaları, standartları və ən yaxşı sənaye təcrübələri haqqında güclü anlayış;
  • SƏTƏM idarəetmə proqram və alətlərindən istifadə bacarığı;
  • Fərqli iş mühitlərində SƏTƏM sistemlərinin yaradılmasında təcrübə.

Tələb olunan səriştəliklər

  • Əməkdaşlıq
  • Problem həll etmə
  • Məsuliyyət
  • Təşəbbüskarlıq

Tələb olunan təhsil

Ali təhsil (Mühəndislik və aidiyyatı üzrə bakalavr təhsili)

Tələb olunan iş təcrübəsi

3 illik müvafiq SƏTƏM təcrübəsi

İş qrafiki

Növbəli iş qrafiki

Əmək haqqı və əlavə imtiyazlar

  • Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
  • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
  • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
  • Nəqliyyat xidməti.
  • Rəqabətli mükafatlandırma sistemi.
Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü, Növbəli
Ərazi:Daşkəsən
İş kateqoriyası:Sənaye və istehsalat
Son müraciət tarixi:2026-11-22
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:19/11/2026
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 333 vakansiyanı gör