SƏTƏM Mühəndisi

Elanın vaxtı bitmişdir
1560 baxış
Namizədə olan tələblər:
  • İxtisas üzrə diplom və sertifikatları olmalı (IOSH Managing Safely sertifikatı arzuolunandır)
  • Əməyin mühafizəsi üzrə yerli və beynəlxalq standartlarla bağlı (ISO 45001, 14001) zəruri biliklərə malik olmalıdır
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsinə sahib olmalıdır
  • Dürüstlük, analitik düşünmə və təşkilatçılıq bacarığına malik olmalı

Ümumi vəzifə öhdəlikləri:
  • Əməliyyat sahələri üzrə SƏTƏM jurnallarının aparılmasına nəzarət etmək, riskləri mütəmadi yenidən qiymətləndirmək, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üçün tədbirlər görmək
  • SƏTƏM üzrə hadisələrin statistik göstəriciləri barədə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək
  • İş sahələrində müşahidələr apararaq keçirilən SƏTƏM təlimlərinin effektivliyini qiymətləndirmək
  • İş yerlərində SƏTƏM yoxlamaları (inspection) və monitorinq işlərini həyata keçirmək
  • Təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlıqların, texniki qurğuların, təhlükəli yüklərin daşınması üzrə nəqliyyat vasitələrinin, eləcə də əməyin mühafizəsi və ətraf mühitin mühafizəsi sahəsində sertifikat və icazələrin alınması prosesində iştirak etmək
  • Podratçı və subpodratçı təşkilatların iş sahələrində sağlamlıq, əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi üzrə qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarətdə iştirak etmək
  • Təhlükəli şərait və işlərin aradan qaldırılmasını təmin etmək, düzəliş tədbirləri üzrə tövsiyələr vermək və icrasına nəzarət etmək
  • Layihələrə başlamazdan əvvəl risk qiymətləndirilməsi proseslərini həyata keçirmək və təhlükələrin müəyyən olunması metodlarını tətbiq etmək
  • İş yerlərində təhlükələrin müəyyən edilməsi və risk qiymətləndirilməsini aparmaq
  • Qrup üzrə risk qiymətləndirmə sənədlərini, təhlükəsizlik prosedurlarını və tələblərini mütəmadi nəzərdən keçirmək və icrasına nəzarət etmək
  • Qəza və hadisələr barədə dərhal məlumat vermək, araşdırma aparmaq və hesabat hazırlamaq
  • Yanğın, elektrik, ətraf mühit, nəqliyyat və qida təhlükəsizliyi tələblərinə riayət olunmasına nəzarət etmək
  • İstehsalat və struktur bölmələrində ətraf mühitin çirklənməsinin qarşısının alınması tədbirlərində iştirak etmək
  • Müəssisədə daxili dezinfeksiya, deratizasiya və dezinseksiya işlərini aylıq təşkil etmək və hesabatlarını hazırlamaq
  • İstehsal sahələrinin təhlükəsizlik nişanları, plakatlar və digər xəbərdaredici vasitələrlə təmin olunmasına nəzarət etmək
Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Sumqayıt
İş kateqoriyası:İnzibati
Son müraciət tarixi:2026-03-31
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:13/03/2026
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 365 vakansiyanı gör