Əsas öhdəliklər:
- Onlayn bilet satışının və ictimai nəqliyyatın işinin təşkili üzrə fəaliyyətləri həyata keçirmək, daşımaların icrasına və gedişhaqqı tariflərinin tətbiqinə nəzarət etmək.
- Sərnişindaşıma fəaliyyəti üzrə hesabatlılığı təmin etmək, marşrut şəbəkəsinin optimallaşdırılması və avtobus parkının yenilənməsi ilə bağlı təhlillər və təkliflər hazırlamaq.
- Müsabiqə nəticəsində qalib elan olunmuş daşıyıcılar tərəfindən daşımaların marşrutlar (reyslər) üzrə təmin edilməsi ilə əlaqədar tədbirlər görülməsində və nəzarətin təmin edilməsində iştirak etmək;
- Sifarişli sərnişin daşımalarına icazələrin verilməsi ilə bağlı müraciətləri və sənədləri yoxlamaq, müqavilələrin bağlanılması və icrasına nəzarət etmək.
- İctimai nəqliyyatda innovativ həllər və yeni tarif modelləri üzrə təhlillər aparmaq, tətbiq imkanlarına dair təkliflər vermək və icrada iştirak etmək;
- Taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində hüquqi və ya fərdi sahibkarlara icazələrin verilməsi üçün təqdim olunan elektron ərizələri yoxlamaq və onları təsdiqləmək;
- Taksi sifarişi operatorlarının fəaliyyətinə icazələrin verilməsi üçün təqdim olunan sənədləri yoxlamaq və təsdiqləmək;
- Elektron sistem üzərindən Taksi fəaliyyəti üzrə qanunvericiliyin tələblərinə nəzarəti həyata keçirmək və aidiyyəti üzrə tədbirlər görmək.
Tələblər:
- Nəqliyyat sahəsi üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Azərbaycan dilini sərbəst səviyyədə bilmək;
- MS Office proqramlarında sərbəst işləmə bacarığı;
- İngilis və ya rus dillərindən birini sərbəst bilməsi üstünlükdür;
- “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu;
- Azərbaycan Respublikasının avtomobil nəqliyyatı sahəsi üzrə qanunvericiliyini və normativ aktları;
- “Lisenziyalar və icazələr haqqında” qanunu və taksi fəaliyyəti sahəsini tənzimləyən müvafiq normativ sənədlər üzrə məlumatlı olmaq (müsabiqə, reysqabağı texniki və tibbi müayinə, sərnişin və yük daşınması qaydaları və s.);
- Sərnişindaşıma üzrə normativ tələblər barədə biliklər;
- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi barədə biliklər;
- İnandırıcı ünsiyyət qurmaq və arqumentləri əsaslandırmaq bacarığı;
- Çətin situasiyalarda konstruktiv yanaşma;
- Problem həll etmə və qərarvermədə çeviklik;
- Stressə davamlılıq və emosional sabitlik;
- Prioritetləşdirmə və detallara diqqət;
- Analitik düşünmə və innovativlik
- Komanda ilə işləmək bacarığı.
İş yeri: Naxçıvan şəhəri.

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.
Vakansiyanı irəli çək
Daha çox namizədə çat
Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Vakansiyalar
2500 — 3000

Vakansiyalar
1500 — 2500
STEM
1700 — 2200
EraHouse
Maaş müzakirəyə əsasən

Vakansiyalar
800 — 1200

HeadStart
1500 — 2200

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Vakansiyalar
Minimum 1000