"ATS Soy processing MMC"-nin Xırdalan şəhərində yerləşən müəssisəsi üçün şirkət məhsullarının satış strategiyasının uğurla icrasını təmin edəcək, müştəri bazasını fəal şəkildə genişləndirəcək və mövcud tərəfdaşlarla əlaqələri inkişaf etdirəcək təcrübəli Satış üzrə mütəxəssis axtarışındayıq. Bu vəzifə kommersiya danışıqlarının aparılması, sifarişlərin və müqavilələrin idarə olunması, debitor borclarına nəzarət edilməsi, bazar tendensiyalarının təhlili, eləcə də zərurət yarandıqda regionlara ezamiyyətlərin həyata keçirilməsini əhatə edir.
Əsas öhdəliklər
- Şirkətin məhsulları üzrə satış fəaliyyətini həyata keçirmək və təyin olunmuş satış planlarının uğurla icrasını təmin etmək;
- Yeni müştərilər axtarmaq, potensial müştəriləri cəlb etmək və şirkətin müştəri bazasını mütəmadi olaraq genişləndirmək;
- Mövcud müştərilərlə əlaqələri qorumaq, uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək;
- Müştərilərlə birbaşa görüşlər keçirmək, məhsulların təqdimatını aparmaq və sərfəli kommersiya danışıqları təşkil etmək;
- Müştərilərin tələbatına uyğun qiymət təklifləri hazırlamaq və daxil olan sifarişləri operativ qaydada qəbul etmək;
- Satış müqavilələrinin hazırlanmasını, razılaşdırılmasını və icra prosesini tam əlaqələndirmək;
- Məhsulların müştərilərə vaxtında və keyfiyyətlə çatdırılması üçün aidiyyəti struktur bölmələrlə sıx əməkdaşlıq etmək;
- Bazar qiymətlərini, rəqiblərin fəaliyyətini və müştəri tələbatını mütəmadi izləmək və təhlil etmək;
- Müştərilərin ödənişlərini izləmək və debitor borclarının vaxtında yığılmasını təmin etmək istiqamətində zəruri tədbirlər görmək;
- Satış nəticələri, görülən işlər və müştəri münasibətləri barədə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək;
- Rəhbərlik tərəfindən verilən digər ticarət əməliyyatları, satınalma və müvafiq iş tapşırıqlarını yerinə yetirmək.
Namizədə dair tələblər
- Təhsil: Kommersiya, biznesin idarə edilməsi, iqtisadiyyat, maliyyə və ya əlaqəli sahələr üzrə ali təhsil;
- Təcrübə: Satış sahəsində minimum 2 il iş təcrübəsi;
- Yüksək səviyyədə ünsiyyət və effektiv danışıqlar aparmaq bacarığı;
- Analitik düşüncə, detallara diqqət və dəqiq işləmək qabiliyyəti;
- Müştərilərlə işləmək və satış proseslərini tam idarə etmək bacarığı;
- MS Office proqramlarında, həmçinin 1C və ya SAP proqramlarında sərbəst işləmək bacarığı;
- Dil bilikləri: Azərbaycan dili sərbəst; Rus və İngilis dili bilikləri üstünlükdür;
- Nəticəyönümlülük, məsuliyyətlilik. Xırdalan ofisində fəaliyyət göstərməklə yanaşı, regionlara iş səfərlərinə (ezamiyyətlərə) hazır olmaq.

Vakansiyalar
Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.
CV-n bu vakansiyaya uyğundurmu?
Müraciət etməmişdən əvvəl pulsuz yoxla.
Bizi sosial mediada izlə!
Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.
Vakansiyanın detalları
Vakansiyanı irəli çək
Daha çox namizədə çat
CV yarat
Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!
Oxşar elanlar
Satış Məsləhətçisi (BİLƏSUVAR)
İrşad
İrşad
Satış Məsləhətçisi (BİLƏSUVAR)
700 — 1800
Birbank - Xidmət Sektorları Üzrə Partnyorluq Şöbəsi Mütəxəssis
Vakansiyalar
Vakansiyalar
Birbank - Xidmət Sektorları Üzrə Partnyorluq Şöbəsi Mütəxəssis
Maaş müzakirəyə əsasən
Satış meneceri
Carlink
Carlink
Satış meneceri
3000 — 4000
Satış Təmsilçisi (Göyçay)
Vakansiyalar
Vakansiyalar
Satış Təmsilçisi (Göyçay)
400 — 1000
Satış məsləhətçisi (Biləsuvar/Füzuli)
Vakansiyalar
Vakansiyalar
Satış məsləhətçisi (Biləsuvar/Füzuli)
900 — 2000
SATIŞ TƏMSİLÇİSİ
GREENWICH GROUP MMC
GREENWICH GROUP MMC
SATIŞ TƏMSİLÇİSİ
1500 — 2000
Satış üzrə mütəxəssis (xanım)
Vakansiyalar
Vakansiyalar
Satış üzrə mütəxəssis (xanım)
1400 — 1500
Korporativ Satış Meneceri
Magnat Group MMC
Magnat Group MMC
Korporativ Satış Meneceri
1000

