Satış Məsləhətçisi

Elanın vaxtı bitmişdir
1168 baxış

Təsvir

Yeni açılmış və tez inkişaf edən “Olivia” Beauty & Care multibrend mağazalar şəbəkəsinə Beauty konsultant axtarırıq. Gülərüz, daim baxımlı və pozitiv enerji ilə aşıb-daşan, özgüvəni yüksək olan birisənsə, onda bizə lazım olan şəxs məhz sənsən!

  • Gözəllik sahəsində özünü görürsənsə;
  • İnsanlarla ünsiyyət qurmağı bacarırsansa;
  • Faydalı məsləhətlər vermək və gözəllik sirrlərini aşılamağı arzulayırsansa;
  • Cavan, sürətlə böyüyən və çevik komandaya qoşulmaq istəyirsənsə, onda sən bizim axtardığımız beauty konsultantsan!

Biz sənə maraqlı iş və başqa nələr təklif edirik:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə və ödənişli məzuniyyət;
  • 1000 AZN-ə qədər qazanma imkanı;
  • Növbəli iş qrafiki;
  • Şirkət daxili ödənişsiz təlimlər;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanı (sən mentor, müavin, müdir ola bilərsən)!

Tələblər

Biz səndən nə gözləyirik:

  • Satış etmə bacarığı;
  • Azərbaycan dilində səlis ünsiyyət qurma bacarığı;
  • Rus dili biliyi üstünlükdür!

“Olivia” Beauty & Care haqqında:

“Olivia” Beauty & Care geniş assortimentli, Türkiyə, İtaliya, Polşa, Belarus və s. ölkələrdən olan tanınmış, həm də eksklüziv baxım və dekorativ kosmetika, parfümeriya, həmçinin məişətdə istifadə olunan, orta seqmentə uyğun məhsulları təqdim edən mağazalar şəbəkəsidir. Burada nəyinki qadın, həm də kişi və uşaqlar üçün müxtəlif çeşidli məhsullar yer alıb. 

Sən də bizim komanda üzvü olmaq istəyirsənsə vakansiyaya müraciət edə bilərsən!

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Xaçmaz
İş kateqoriyası:Satış
Son müraciət tarixi:2025-08-07
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:30/06/2025
500 — 1000

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör