Satınalma üzrə mütəxəssis (Qarabağ)

Elanın vaxtı bitmişdir
950 baxış

*(Qarabağ bölgəsi)*

*İşin təsviri:*
* Klinikada satınalma fəaliyyətinin planlaşdırılmasında iştirak etmək,
struktur bölmələrin tələbatlarının əvvəlcədən müəyyən olunması
məqsədilə müvafiq məlumatların toplanması;
* İllik satınalma planının hazırlanması və Azərbaycan
Respublikasının qanunvericiliyinə əsasən müəyyən edilmiş müddət
çərçivəsində Dövlət Satınalmalarının Vahid İnternet Portalında
yerləşdirilməsinin təmin edilməsi;
* Satınalma prosedurlarına dair Əsas Şərtlər Toplusunun
hazırlanması;
* Elektron satınalma portalında müvafiq elanların yerləşdirilməsi;
* Satınalma prosesində ehtimal olunan qiymətin müəyyən edilməsi
məqsədilə bazar araşdırmalarının aparılması və qiymətləndirmə
sənədlərinin təsdiqlənməsi;
* İxtisaslaşmış təchizatçıların müəyyən olunması, onların siyahısının
hazırlanması və dəvət məktublarının göndərilməsi;
* Satınalma prosedurlarının həyata keçirilməsi, tender sənədlərinin,
iclas və yekun protokollarının hazırlanması və komissiya tərəfindən
təsdiqi prosesinin təşkili;
* Yekun protokolların aidiyyəti üzrə dövlət orqanına təqdim edilməsi
və qeydiyyat prosesinə nəzarət;
* Satınalmaların nəticələri ilə bağlı bildirişlərin və müqavilə
məlumatlarının müəyyən olunmuş müddətdə elektron portalda
yerləşdirilməsi, həmçinin iştirakçı şirkətlərə rəsmi məlumatın
verilməsi;
* Satınalma komissiyasına daxil olan sorğuların cavablandırılması və
iştirakçılarla effektiv kommunikasiyanın təmin edilməsi;
* Hesab-faktura və aktların müqavilə öhdəliklərinə uyğunluğunun
yoxlanılması;
* Dövlət büdcəsi layihəsinin hazırlanmasında iştirak.

*Tələblər:*
* Ali təhsil (maliyyə, iqtisadiyyat və ya müvafiq sahələr üzrə);
* Dövlət satınalmaları sahəsində minimum 2 il iş təcrübəsi;
* Azərbaycan Respublikasının "Dövlət Satınalmaları Haqqında"
Qanununu və müvafiq normativ aktları bilməli;
* etender.gov.az portalı ilə işləmək bacarığı;
* Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı (Rus və İngilis
dillərini bilməsi üstünlükdür);
* MS Office proqramlarında (xüsusilə Word və Excel) və ERP
sistemlərində sərbəst işləmək bacarığı.
• Əmək haqqı: 1500 AZN 
• Yaşayış yeri ilə təmin olunma

Qeyd: Yanlız uyğun namizədlərlə əlaqə saxlanılacaq. 

Əlaqə: 
📧 [email protected] 
☎️ 010 718 04 00
🌐 www.reqemsalzona.az

Work.az
Work.az

Karyera və inkişaf platforması

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Qarabağ
İş kateqoriyası:Satış
Son müraciət tarixi:2025-08-21
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:25/07/2025
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör