İşlədiyi sahənin təhlükəsiz, ekoloji cəhətdən təmiz və səmərəli şəkildə, əvvəlcədən verilən yazılı və şifahi təlimatlar, şirkət standartları, SƏTƏMM qaydaları və vəzifə təlimatları verilən iş kitabındakı qaydalara uyğun olaraq işləməsini təmin etmək.
İş vərdişlərini, işlədiyi sahəni, sahəyə aid standartları və qaydaları bilmək və iş prosesində tətbiq etmək;
İş Sağlamlığı, Təhlükəsizliyi və Ətraf Mühitin qorunmasına yönəlik tələblərə əməl etmək, əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarına riayət etmək, uyğunsuzluq aşkar edildikdə müvafiq tədbir görmək, tabe olduğu şəxslərə və ya səlahiyyətli işçilərə məlumat vermək;
Növbə təhvil-təslimini müvafiq prosedura uyğun olaraq icra etmək, növbə jurnalında aparılmış qeydlərlə tanış olmaq və imzalamaq, növbəni təhvil verməmiş iş yerini tərk etməmək və sahədə gedən işlər, gündəlik işlər və növbə kitabında qeyd edilmiş vacib işlər haqqında növbəni təhvil verəcəyi həmkarına şifahi məlumat vermək;
İşlədiyi sahəyə daim nəzarət etmək, xidmət zamanı qurğunun iş şəraitini və avadanlıqlarını izləmək, texnoloji reqlamentə və işçi təlimatlara uyğun olaraq texnoloji prosesin aparılmasına nəzarət etmək, istehsalın müvafiq bölmələr tərəfindən verilmiş iş təlimatlarına uyğun olmasını təmin etmək;
Cavabdeh olduğu sahədə ayrı-ayrı aparat və avadanlığı təmirə hazırlamaq və təmirdən sonra işə salmaq;
İşlədiyi sahədəki qurğu və avadanlıqların işə salınması, dayandırılması və normal rejimə çıxarılmasında iştirak etmək;
İşlədiyi bölmənin avadanlıqlarını və alətlərini mütəmadi olaraq yoxlamaq və sahə nəzarət formalarını tam və mütəmadi doldurmaq və uyğun şəkildə arxivləmək;
İşlədiyi sahədə istifadə olunan kimyəvi maddələrin, reagent və aşqarların normalara uyğun istifadəsinə nəzarət etmək;
İşlədiyi sahədə icra olunacaq təmir fəaliyyətlərinin işə icazə sənədlərinə və proseduruna uyğun olaraq tətbiq olunmasına nəzarət etmək;
Çənlərdəki məhsul səviyyəsinin ölçülməsində iştirak etmək, ehtiyac yarandığı halda rəhbərliyin tapşırığı ilə bu ölçümləri müəyyən saat aralığında təkrar şəkildə aparmaq;
Müəyyən olunan aralıqlarla prosedurlara uyğun laboratoriya nümunələrinin müvafiq şəkildə götürmək;
İşlədiyi sahənin yanğın və kimyəvi dağılmaya qarşı mübarizə vasitələrinin sazlığına nəzarət etmək;
İşlədiyi sahədə mövcud olan bütün məhsul və kimyəvi maddələrin Maddənin Təhlükəsizlik Məlumatı Vərəqini (MTMV) bilmək və müvafiq olaraq tətbiq etmək;
Şirkət, sahə rəhbərliyi və ya digər müvafiq qurumlar tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək;
İstehsalat zəruriyyəti olmadan işlədiyi sahəni tərk etməmək, istehsalat zəruriyyəti olduqda isə yalnız baş operatorun göstərişi ilə bildirilən yerə gedib-gəlmək və orada gördüyü işlər barədə baş operatora bildirmək və növbə jurnalına yazmaq;
İş yerinin, istehsalat meydançalarının, avadanlıqların və məsul olduğu ərazinin vaxtlı-vaxtında təmizlənməsi, abadlaşdırılması işlərini icra etmək və istehsalat sanitariyası normalarına uyğununu təmin etmək;
Əməliyyat sahəsindən əlavə olaraq operator binaları, yaşayış sahələri, transformator və panel otaqları, siqaret çəkmə sahələri kimi qurğunun hər yerinin təmiz, səliqəli və təhlükəsiz olmasını təmin etmək;
Tabe olduğu şəxs tərəfindən verilən işlə əlaqəli tapşırıqları yerinə yetirmək, proseslər, avadanlıqlar və disiplinlə bağlı ilkin texniki biliklərə malik olmaq;
CO2-nin qalıq hidrogendən təmizlənməsi və sıxılaraq texnoloji rejimə əsasən təyin edilmiş nisbətdə karbamid sintezi blokuna yönəldilməsi prosesinə nəzarət etmək;
Maye ammonyakın bufer tutumuna qəbulu, sıxılaraq texnoloji rejimə əsasən təyin edilmiş nisbətdə karbamid sintezi blokuna yönəldilməsinə nəzarət etmək;
Dənəvər karbamid istehsalı sahəsinə buxarı qəbulunun, ərinti karbamidin sintez olunmasının, ərinti karbamidinin konsentrasiyasının artırılması (rektifikasiya prosesi) və maye karbamid çəninə toplanmasına nəzarət etmək;
Ərinti karbamidinin buxarlandırmaqla konsentrasiyasının artırılması və dənəvərləşdirmə bölməsinə nəqlininin, ərinti bölməsində, proses qazlarında olan ammonyakın sulfat turşusu vasitəsilə neytrallaşdırılması prosesinə nəzarət etmək;
Dənəvər karbamidinin alınması, çeşidlənməsi və anbara ötürülməsinə nəzarət etmək;
Həll olunmayan proses qazlarının kondensləşdirilərək ammonyaklı su çəninə yığılmasının və proses kondensatının təmizlənməsinə nəzarət etmək;
Dənəvərləşdirmə prosesi üçün havanın verilməsi və sistemdən çıxan havanın sulfat turşusu vasitəsilə təmizlənməsinin, dənəvərləşdirmə bölməsində iri ölçülü dənəvərlərin həll edilməsi və buxarlandırılmaqla konsentrasiyasının artırılmasına nəzarət etmək;
Çirklənmiş filtrlərin xüsusi məhlul hazırlanaraq təmizlənməsi prosesini aparmaq, filtrlərin hava ilə üfürülüb qurudulmasını təmin etmək;
Kimyəvi maddələrin tutumlara və çənlərə yüklənməsi və boşaldılması prosesini həyata keçirmək;
Avadanlıqların işində olan nasazlıqlar barədə məlumat vermək, qurğuların işi haqqında jurnalda qeydlərin aparılması işlərini yerinə yetirmək, avadanlıqlarda texniki xidmət və cari təmir işlərində iştirak etmək və təmir işləri yekunlaşdıqdan sonra texnoloji sxemi bərpa etmək.
Standart Əməliyyat Prosedurlarının tətbiqi üzrə texniki bilik;
Texniki sənədləri oxuma bacarığı (texnoloji sxemlər, məntiq diaqramları, avadanlıq pasportları, səbəb-təsir diaqramları və s.);
Qəza vəziyyətlərində operativ müdaxilə bacarığı;
Məsul olduğu avadanlıqlar və istehsal sahəsi barədə texniki bilik;
İstehsalın texnoloji sxemini, ayırma prosesini, avadanlıq və ölçü cihazlarını, xammal və məhsul tələblərini, texnoloji rejimi və parametrlərin tənzimlənməsini bilmək;
Analiz, nümunə götürmə və hesablama metodikalarını bilmək;
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, ilkin tibbi yardım, sanitar-gigiyena və yanğı təhlükəsizliyi qaydalarına riayət etmək;
Analitik düşüncə və problem həll etmə bacarığı;
Etik davranış, məsuliyyət və öyrənmə-inkişaf yönümlü yanaşma.

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.
Vakansiyanı irəli çək
Daha çox namizədə çat
Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Vakansiyalar
700 — 1400

Vakansiyalar
1000 — 1500

Vakansiyalar
800 — 1200

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Vakansiyalar
800 — 900

Vakansiyalar
Minimum 2500