Risk menecmenti üzrə qiymətləndirici

Elanın vaxtı bitmişdir
296 baxış

Təsvir

  • Qiymətləndirmə fəaliyyətini həyata keçirmək üçün görüşlərin təşkili, tələb olunduqda qiymətləndirilən əmlaka baxışın keçirilməsi, əmlakın fotoşəkillərinin çəkilməsi, müvafiq məlumatların qeydə alınması;
  • Bankın qiymətləndirmə formasının doldurulması, müvafiq hesabatın hazırlanması;
  • Əmlakların mövcud qiymətinin, əmlak qiymətlərində tendensiyanın müəyyən edilməsi üçün bazar araşdırması aparılması;
  • Öhdəliklərin yerinə yetirilməsi zamanı əldə olunacaq kommersiya sirrini təşkil edən məlumatların məxfiliyinin təmin edilməsi;
  • Daşınar və daşınmaz əmlakların, maşın və avadanlıqların, nəqliyyat vasitələrinin, heyvan və bitkilərin və digər əmlakların qiymətləndirilməsi;

Tələblər

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
  • Qiymətləndirmə sahəsində ən azı 3 (üç) il iş təcrübəsi olmalı;
  • Qiymətləndiricilər Palatasının üzvü olmalı, qiymətləndirmə fəaliyyəti sahəsində peşəkarlıq səviyyəsini əks etdirən müvafiq sertifikatlara sahib olmalı;
  • Qiymətləndirmə fəaliyyətini həyata keçirmək hüququ olmalı;
  • Qiymətləndirmə fəaliyyətini tənzimləyən qanun və normativ aktlar haqqında ətraflı nəzəri və praktiki biliyə, daşınmaz əmlak bazarının konyunkturası və onun xüsusiyyətlərinə, girov əmlakının monitorinqi proseslərinə, onun məqsəd və vəzifələrinə, qiymətləndirmə fəaliyyətinin milli və beynəlxalq standartlarına bələd olmalı;
  • Səlis Azərbaycan dili (İngilis və Rus dili arzuolunandır);
  • Kompüter və internet resurslarda işləmək bacarığı olmalı;
  • Komandada işləmək qabiliyyətinə malik olmalı;
  • Risk intuisiyası olmalı;
  • Hesabatlılıq qabiliyyəti olmalı;
  • Analiz və riyazi hesablama aparmaq qabiliyyətinə malik olmalı;
  • İnsanlarla işgüzar ünsiyyət qurmaq bacarığı olmalı;
  • Məsuliyyətli, peşəkar və enerjili olmalı;
  • Regionlara ezamiyyətlərə hazır olmalı;
Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:Maliyyə
Son müraciət tarixi:2025-06-14
Vəzifə dərəcəsi:Aparıcı mütəxəssis, Baş mütəxəssis
Elan paylaşılıb:26/05/2025
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör