LVOVŞokolad Evi komandası olaraq xidmət keyfiyyətini, intizamı və qonaq məmnuniyyətini standartlara uyğun idarə edə bilən Restoran Meneceri axtarırıq.
İş şəraiti:
İş qrafiki: Növbəli, 6 günlük iş həftəsi
İş yeri: Bakı şəhəri
Əmək müqaviləsi: Rəsmi
Əmək haqqı: müsahibə əsasında təyin olunacaq
Əsas vəzifə öhdəlikləri:
Filialı qrafikə uyğun açmaq, zal/bar işə hazırlığını təşkil və yoxlamaq
Komandanı toplamaq, qısa brifinq keçirmək: tapşırıqların bölüşdürülməsi, günün planı, risklərin qiymətləndirilməsi
Davamiyyətə nəzarət: gecikmə və ya işçi çatışmazlığı olduqda operativ əvəzləmə təşkil etmək
Növbə meneceri/ofisiant/kassir/barista/satıcı/qənnadçıların işinə operativ nəzarət, xidmət sürəti və keyfiyyətinin standartlara uyğunluğunu təmin etmək
Müştəri məmnuniyyətini prioritet tutmaq, şikayət və münaqişəli halları operativ və mədəni şəkildə həll etmək
Kassa: hesabların düzgün çıxarılması, ödənişlərin qəbulu (nağd/kart), gün ərzində nəzarət və yoxlamalar
Məhsul və inventar itkilərinin qarşısını almaq: qalıqların izlənməsi, zay/itki risklərinin idarə edilməsi
Sanitar-gigiyena, yanğın təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına nəzarət
İşçilərin geyim standartlarına, etik davranışına və subordinasiyaya riayət olunmasını təmin etmək
Zəruri hallarda yeni əməkdaşlara yerində qısa təlim və adaptasiya dəstəyi vermək
Mal qəbulu zamanı dəqiq olmaq sistem üzərində məlumatların daxil eidlməsini yerdəyişməsini dəqiq aparmaq.
Filialın bağlanmaya hazırlanması: yekun təmizlik, avadanlıqların söndürülməsi, daxili otaqların bağlanması
Növbə üzrə hadisələr/pozuntular/tədbirlər barədə rəhbərliyə qısa hesabat vermək
Növbəti növbəyə təhvil-təslim: obyektin vəziyyəti, qalıqlar, risklər, sabahın planı
Tələblər:
Coffee shop / desert shop / şirniyyat-kafe formatında (kofe və vitrin şirniyyat satışı) menecer və ya Restoran meneceri təcrübəsi olan namizədlər.(üstünlük veriləcək)
Operativ idarəetmə, komanda yönləndirmə və intizam yaratmaq bacarığı
Kassa prosedurları və gündəlik hesabatlılıq üzrə səriştə
Güclü ünsiyyət, konfliktlərin idarə edilməsi və müştəriyönümlülük
Dəqiqlik, məsuliyyət, detallara diqqət
Növbəli iş rejiminə uyğunluq
Azərbaycan dilində sərbəst ünsiyyət (rus dili üstünlükdür)
Zəhmət olmasa CV-nizi mövzu yerində “Restoran meneceri” qeyd etməklə [email protected] e-mail ünvanına göndərin:

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.
Vakansiyanı irəli çək
Daha çox namizədə çat
Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Vakansiyalar
1800 — 2000

Saffron Group
600 — 700

West inn hotel
500 — 500

Vakansiyalar
500 — 1200

Vakansiyalar
1300 — 1700

Vakansiyalar
700 — 1500

Vakansiyalar
Minimum 550

Caspian Global
Maaş müzakirəyə əsasən