Rəqəmsal transformasiya üzrə qrup rəhbəri

Elanın vaxtı bitmişdir
260 baxış

Təsvir

  • Agentliyin rəqəmsal transformasiya siyasətini formalaşdırmaq, inkişaf etdirmək və bu siyasətin icrasına nəzarət etmək;
  • Rəqəmsal layihə və təşəbbüslərin effektiv, dayanıqlı və normativ tələblərə uyğun şəkildə təşkili və idarə olunmasını təmin etmək;
  • Rəqəmsallaşma istiqamətində layihə və proqramlar hazırlamaq və onların həyata keçirilməsini təşkil etmək;
  • Rəqəmsal sistem və xidmətlərin istifadəsi, təsiri və nəticələrinin monitorinqi və qiymətləndirilməsini həyata keçirmək, hesabatlar hazırlamaq;
  • Rəqəmsal təşəbbüslərin effektivliyini artırmaq məqsədilə innovativ yanaşmalar və təşviqedici mexanizmlər tətbiq etmək;
  • Rəqəmsal proqramların hədəflərinə çatmaq üçün zəruri resursları təmin etmək və bu resursların səmərəli istifadəsinə nəzarət etmək;
  • Rəqəmsal transformasiya layihələrinin icrası çərçivəsində dövlət və qeyri-dövlət təşkilatları ilə əməkdaşlıq qurmaq;
  • Yeni rəqəmsal texnologiyalar, alətlər və beynəlxalq təcrübələrin araşdırılması və tətbiq imkanlarının qiymətləndirilməsi;
  • Daxili struktur bölmələr və tərəfdaş qurumlarla koordinasiyanın təmin edilməsi;
  • Rəqəmsal transformasiya ilə bağlı normativ-hüquqi sənədlərin hazırlanması prosesində iştirak etmək;
  • Rəqəmsal xidmətlərin inkişafı və təkmilləşdirilməsi məqsədilə yeni təşəbbüslər və təkliflər irəli sürmək;
  • İcra olunan rəqəmsal layihələr barədə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.

Tələblər

  • İnformasiya texnologiyaları, kompüter elmləri, biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə ali təhsil.
  • Rəqəmsal transformasiya, layihələrin idarə olunması, IT sistemlərini tətbiqi və təkmilləşdirilməsi sahəsində minimum 5 il iş təcrübəsi.
  • Rəqəmsal platformaların işləmə prinsipləri;
  • Layihə idarəetmə metodologiyaları (Agile, Scrum və s.);
  • Rəqəmsallaşdırma texnologiyaların əsasları;
  • Rəqəmsal xidmətlərin təhlili və istifadəyə verilməsi üzrə biliklər.
  • Güclü analitik və strateji düşünmə bacarığı;
  • Komandada işləmək və müxtəlif tərəfdaşlarla effektiv ünsiyyət qurmaq qabiliyyəti;
  • Problemləri operativ və yaradıcı şəkildə həll etmə bacarığı;
  • Təşəbbüskarlıq və nəticəyönümlülük.
  • Azərbaycan dili (əla), İngilis dili (əla).
Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:İT
Son müraciət tarixi:2025-06-01
Vəzifə dərəcəsi:Menecer
Elan paylaşılıb:20/05/2025
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör