Problemli Kreditlər üzrə Sahə Yığım İşçisi (İmişli filialı)

Elanın vaxtı bitmişdir
485 baxış

FİNCA Azerbaijan Problemli Kreditlər üzrə Sahə Yığım İşçisi vakansiyasını elan edir. 

Təsvir

Rol haqqında:

 

Mərkəzləşdirlimiş Yığım Şöbəsinin Menecerinin və Ərazi Menecerinin nəzarəti altında icraatda olan müştərilərə verilmiş kreditlərə görə ödənilməyən və gecikdirilən borcların məhkəməyə qədər, məhkəmə və məhkəmədən sonrakı dövrdə geri alınmasından, borclar üzrə geri yığım prosesinin təşkil və təmin edilməsindən, eləcə də geri yığım prosesində kredit borcunu ödəməkdən imtina edən müştərilərlə və məhkəmə qərarlarının icra edilməsi üçün icra orqanları ilə işin aparılmasından ibarətdir.  

 

 

Vəzifənin əsas öhdəlikləri hansılardır?

 

  • Gündəlik olaraq portfelində olan müştəriləri nəzərdən keçirərək təşkilatın maraqları və borcların geri ödənilməsində tətbiq olunan prioritetləri nəzərdə saxlayaraq onlarla işi planlaşdırır.
  • Öz portfelində olan müştərilərlə bağlı olaraq gecikmə səbəbləri də daxil olmaqla xüsusi maliyyə proqramında müvafiq qeydlərin aparılmasını, kredit borclularının məhkəməyə qədər və məhkəmədən sonrakı dövrlərdə müvafiq hüquqi statuslarının yenilənməsini təmin etmək və kənarlaşma olduğu halda Xətti Menecerinə bildirmək.
  • Kredit borclarının ödənilməsi istiqamətində məhkəməyə qədərki dövrdə borcluların və zaminlərin ünvanına, yaşayış və iş yerlərinə, əmlakının olduğu yerlərə müstəqil qaydada səfərlər edir, onlara öhdəliklərini izah edir, o cümlədən bu tədbirləri məhkəmədən sonrakı dövrdə də davam etdirir.
  • Xətti Rəhbəri və HD nin aidiyyatı hüquqşünasına məlumat vermək şərtilə, məhkəmə əmri/və ya qətnamə şəklində icraata daxil olmuş icra sənədlərinin tam, düzgün və vaxtında icra edilməsi üçün icra məmurları ilə əlaqə yaradır, lazım olan məlumatların verilməsini və müvafiq icra tədbirlərin həyata keçirilməsini təmin edir.
  • Borcların geri yığılması tədbirləri çərçivəsində, müvafiq hallarda, müştərilərin ödəniş imkanlarına uyğun və təşkilatın maraqları daxilində kreditin restrukturizasiya edilməsi üçün müştəriyə təkliflər vermək, təklif qəbul edildiyi hallarda restrukturizasiya prosesində lazımi sənədləşdirmə işlərinin aparılmasını təmin edir.
  • Xətti Meneceri ilə borcların yığılması tədbirlərinin müzakirə edilməsi üçün həftəlik və aylıq təşkil edilən komitələrdə iştirak etmək, öz portfelindəki müştərilərlə bağlı məhkəməyə ötürülmə, restrukturizasiya edilmə və digər vasitələrlə geri ödənişlərin əldə edilməsi üçün bu komitələrdə təkliflər vermək, tədbir planı təqdim etmək və razılaşdırılan addımları həyata keçirmək.
  • Borcun geri ödənilməsi hər hansısa digər səbəbdən icra mümkün olmazsa, işçi məsələni Xətti Rəhbəri lazım gəldikdə isə Ərazi Menecri ilə müzakirə edir.
  • Həftəlik, aylıq və digər hesabatları vaxtlı-vaxtında təqdim etmək, icraatında olan işlərlə bağlı daxili qaydalarla müəyyən edilən müddətlərdə bütün zəruri addımları görür.
  • Tələb olunan qaydada və müddətdə borcların yığılması, cari borclu müştərilər barədə, borcların yığılmasının nəticələrinə dair və məhkəmə qərarlarının icra vəziyyəti barədə Ərazi Menecerinə və Xətti Rəhbərinə məlumat və hesabatlar verir.

 

Tələblər

Namizəddən gözləntilərimiz:

  • Bakalavr təhsili (hüquq təhsili arzuolunandır).
  • Borcların yığılması sahəsində ən azı 1 il iş təcrübəsi.
  • Kreditləşmə və maliyyə sahəsində təcrübəsi olanlara üstünlük verilir.
  • Məsuliyyətli, düzgün, dəqiq və etibarlı olmaq.
  • İşləyəcəyi filial/filiallar üzrə yaxın və ətraf şəhər/rayonlarda yaşayan müştərilərin ünvanlarına səfər etmək imkanı.
  • Zərurət yarandıqda məhkəmə və icra orqanlarında təşkilatı təmsil etmək bacarığı.
  • Effektiv ünsiyyət bacarığı.

 

 

Texniki tələblər:

  • Şəxsi avtomobilin və sürücülük vəsiqəsi-mütləqdir
Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:İmişli
İş kateqoriyası:Maliyyə
Son müraciət tarixi:2025-09-04
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:22/08/2025
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

"Qarant Kredit Lombard" MMC

Təcrübə proqramı - Kredit mütəxəssisi

"Qarant Kredit Lombard" MMC

Razılaşma ilə
20 okt
1443
B

Mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/mütəxəssis

Vakansiyalar

Razılaşma ilə
30 sen
1109
K

Kredit mütəxəssisi

BrendLombard

600 — 2000
13 okt
942
B

Biznes kreditlər üzrə Təcrübə proqramı (Xırdalan)

Vakansiyalar

Minimum 400
Dünən
78
A

Xəzinə bölməsi üzrə kiçik mütəxəssis (Quba)

Vakansiyalar

Razılaşma ilə
28 sen
1103
A

Audit intern / Audit Associate 1

Vakansiyalar

Razılaşma ilə
30 sen
2294
H

Hesabatlılıq üzrə aparıcı mütəxəssis

Vakansiyalar

Razılaşma ilə
1 okt
949
Ə

ƏMƏLİYYATÇI MÜHASİB

Vakansiyalar

Razılaşma ilə
18 okt
955
Bütün 372 vakansiyanı gör