Poladəridən köməkçisi

Elanın vaxtı bitmişdir
569 baxış

Təsvir

 

  • Ferroərintilərin mövcudluğu və onların keyfiyyət tərkibi haqqında məlumatlı olması;
  • Elektrodların bağlanması üçün onların altlıqdan çıxarılıb hazırlanmasını yerinə yetirmək;
  • Elektrodların dəyişdirilməsi və ya bağlanması əməliyyatını yerinə yetirmək;
  • Əritmə prosesi zamanı bütün texnoloji əməliyyatları poladəridənlər briqadası ilə birgə yerinə yetirmək;
  • Elektrik sobasında, soba çalovunda və vakuum qazsızlaşdırma qurğusunda maye metalın temperaturunu ölçmək və maye metaldan nümunə götürmək;
  • Polad buraxıcı dəliyin bağlanması və açılması əməliyyatını yerinə yetirmək;
  • Sobanın təmirində iştirak etmək;
  • İşlədiyi avadanlıqların düzgün işlədilməsini təmin etmək və onları təmiz saxlamaq;
  • Bütün lazımi ferroərintiləri əritməyə vaxtında hazırlamaq;
  • Üzləyici maşınların iş prinsipini bilmək və onlarla işləməyi bacarmaq;
  • Şixtə və üzləyici materialların, oksigensizləşdiricilərin, ferroərintilərin və odadavamlı materialların fiziki-kimyəvi xüsusiyyətlərini, tərkibini və təyinatını bilmək;
  • Ferroərintilərin, şixtə materialların və posaəmələgətiricilərin markasını və keyfiyyətini onların xarici görünüşünə görə təyin etməyi bacarmaq;
  • Təbii qazın və oksigenin tərkibini, xassələrini və onlardan istifadə qaydalarını bilmək.

Tələblər

  • Orta texniki və ya peşə-ixtisas təhsili (metallurgiya, energetika, maşınqayırma və ya kimya sənayesi üzrə);
  • Ali texniki təhsil (arzuolunandır).
  • İstehsalatda təcrübəsi olması üstünlükdür.
  • Yüksək diqqət və məsuliyyətlilik;
  • Komanda ilə işləmə bacarığı;
  • Fiziki dözümlülük və texniki təfəkkür;
Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:Xidmət
Son müraciət tarixi:2025-08-04
Vəzifə dərəcəsi:Kiçik mütəxəssis
Elan paylaşılıb:15/07/2025
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör