İş Yeri: N1 Çörək Zavodu (Ukrayna dairəsi yaxınlığı)
Tələblər:
Təhsil: Texniki
Yaş həddi:25-45 yaş
Cinsi: Kişi
Komanda ilə işləmə bacarıqları.
Məsuliyyətlilik
Çeviklik
Fiziki cəhətdən sağlam
İş təcrübəsi: Minimum 3 il
Vəzifə öhdəlikləri
1. İstehsal planına uyğun olaraq növbə ərzində çörək istehsalını təşkil və idarə etmək.
2. İstehsal sahəsində çalışan işçilər arasında iş bölgüsünü aparmaq və onların fəaliyyətinə nəzarət etmək.
3. Texnoloji proseslərin (xəmirin hazırlanması, mayalanma, formalaşdırma, bişirmə və qablaşdırma) texnoloji təlimatlara uyğun yerinə yetirilməsini təmin etmək.
4. Məhsulun keyfiyyət göstəricilərinə, standartlara və resepturalara əməl olunmasına nəzarət etmək.
5. Xammal, köməkçi materiallar və qablaşdırma vasitələrinin səmərəli istifadəsini təmin etmək, itki və israfın qarşısını almaq.
6. Avadanlıqların düzgün istismarına nəzarət etmək, nasazlıqlar aşkar edildikdə aidiyyəti şöbələrə məlumat vermək və tədbirlər görülməsini təmin etmək.
7. İstehsal sahəsində sanitariya-gigiyena qaydalarına, qida təhlükəsizliyi tələblərinə və əməyin mühafizəsi normalarına riayət olunmasına nəzarət etmək.
8. Hazır məhsulun miqdarını və keyfiyyətini yoxlamaq, normadan kənar halları operativ şəkildə aradan qaldırmaq.
9. Növbə ərzində istehsal göstəricilərini, istifadə olunan xammalı, istehsal olunan məhsulun həcmini və baş vermiş hadisələri müvafiq jurnallarda və hesabatlarda qeyd etmək.
10. İstehsal prosesində yaranan problemləri operativ həll etmək və rəhbərliyi vaxtında məlumatlandırmaq.
11. İşçilərin əmək intizamına riayət etməsinə nəzarət etmək, yeni işçilərin adaptasiyasında və təlimatlandırılmasında iştirak etmək.
12. Növbənin təhvil-təslim prosesini düzgün təşkil etmək, növbəti növbə rəisinə istehsalın vəziyyəti barədə tam məlumat vermək.
13. Məhsulun keyfiyyətinə təsir edə biləcək riskləri müəyyən etmək və profilaktik tədbirlər həyata keçirmək.
14. Müəssisənin daxili qaydalarına, keyfiyyət idarəetmə sisteminin, qida təhlükəsizliyi (HACCP/ISO 22000) və digər normativ sənədlərin tələblərinə əməl etmək.
15. Fövqəladə hallar zamanı müəssisənin müəyyən etdiyi prosedurlara uyğun hərəkət etmək və işçilərin təhlükəsizliyini təmin etmək.
İş Şərtləri
Növbəli iş qrafiki
Əmək haqqı:Müsahibə əsasında təyin olunacaq
Yemək : Şirkət tərəfindən təmin olunur
Uyğun namizədlər CV-lərini " Növbə rəisi" başlığı ilə [email protected] ünvanına göndərə bilərlər.

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.
İş elanlarını ilk sən gör!
Ən son vakansiyalardan anında xəbərdar olmaq üçün Telegram kanalımıza qoşul.
Vakansiyanı irəli çək
Daha çox namizədə çat
Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!
Vakansiyalar
Minimum 470
Vakansiyalar
600 — 700
Vakansiyalar
Maaş müzakirəyə əsasən
Vakansiyalar
Maaş müzakirəyə əsasən
Vakansiyalar
450 — 540
Kadr Group
500 — 750
Vakansiyalar
550 — 600
ŞİRKƏT
1000 — 1200