PAŞA Property Management “Müştərilərlə iş üzrə mütəxəssis” vakansiyası üzrə işə qəbul elan edir. İş yeri: Bakı, Nəsimi rayonu, Neftçilər prospekti 64.
Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.
Vəzifə öhdəlikləri
- Bütün daxil olan sorğuları qeyd etmək və cavablandırmaq;
- Gündəlik istismar xidmətləri ilə bağlı hesabatları qəbul etmək və görülən tədbirləri sistemə daxil etmək;
- İstismar xidmətləri işçilərini vaxtı-vaxtında ehtiyat və tez korlanan hissələr, həmçinin lazımi ləvazimatlarla təmin etmək;
- Layihə rəhbəri və istismar xidmətləri qrupu ilə əlaqələndirici rol oynamaq;
- 3-cü tərəf şirkətləri qeydə almaq;
- Komandanın fəaliyyətini qiymətləndirmək və hesabatlar hazırlamaq;
- Layihənin bütün xidmətləri və obyektləri haqqında iş biliklərini nümayiş etdirmək və qonaqlara səmərəli kömək etmək;
- Hər zaman layihənin cari vəziyyəti və yerlərin mövcudluğu barədə məlumatlı olmaq;
- Sakinlərin/ icarəçilərin/ qonaqların şikayət və problemlərini həll etmək və onlarla səmərəli danışıqlar aparmaq;
- Müştəri məmnuniyyətini artırmaq üçün planların həyata keçirilməsi;
- Müəyyən olunmuş proqram təminatı ilə işləyib ona dəstək vermək;
- Müştərilərlə bağlı hər hansı bir sənədləşmə prosesində iştirak etmək;
- İşçilərin davamiyyət cədvəllərini aparmaq;
- Nəğd vəsaitlərin qəbulunu və ödənişini etmək;
- COİNS sisteminə və daxili hesabat fayllarına nəğd vəsait dövriyyəsi məlumatlarını daxil etmək;
- Günlük və periodik nəğd vəsaitlərin sayımını aparmaq;
- Nəğd vəsaitlərin bank hesabına mədaxilində iştirak etmək;
- Uyğunlaşdırmaların aparılıb yarana biləcək fərqlərin araşdırılması;
- Rəhbər tərəfindən tapşırılan müvafiq işləri yerinə yetirmək.
Tələblər
- Ali təhsil (İqtisadiyyat, Menecment, Marketinq və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür);
- Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
- Səlis Azərbaycan dili biliyi, ingilis və rus dili yaxşı səviyyədə olması mütləqdir;
- Microsoft Office proqramları (Word, Excel, PowerPoint) üzrə yüksək biliklər;
- Analitik düşüncə və problemləri həll etmə bacarığı;
- Yaradıcı yanaşma və təşəbbüskarlıq;
- Tapşırıqları düzgün və vaxtında yerinə yetirmək, işin detalları üzərində diqqətli olmaq;
- Aydın və effektiv ünsiyyət qurmaq, həmkarlarla və müştərilərlə qarşılıqlı əlaqəni inkişaf etdirmək;
- Çeşidli komandalarla effektiv şəkildə işləmək və əməkdaşlıq etmək bacarığı.

Vakansiyalar
Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.
CV-n bu vakansiyaya uyğundurmu?
Müraciət etməmişdən əvvəl pulsuz yoxla.
Bizi sosial mediada izlə!
Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.
Vakansiyanın detalları
Vakansiyanı irəli çək
Daha çox namizədə çat
CV yarat
Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!
Oxşar elanlar
Mağaza menecerinin köməkçisi tələb olunur
Vakansiyalar
Vakansiyalar
Mağaza menecerinin köməkçisi tələb olunur
900 — 1200
Texniki menecer
Radius
Radius
Texniki menecer
1800 — 2000
Sifariş toplama operatoru (bəy)
Vakansiyalar
Vakansiyalar
Sifariş toplama operatoru (bəy)
Minimum 750
Animator
Supertoys
Supertoys
Animator
600
Məhsul meneceri
Radius
Radius
Məhsul meneceri
1500
Supervayzer
Vakansiyalar
Vakansiyalar
Supervayzer
Minimum 1100
Kassir (Gəncə)
Vakansiyalar
Vakansiyalar
Kassir (Gəncə)
Maaş müzakirəyə əsasən
Satış Məsləhətçisi (ŞƏRUR)
İrşad
İrşad
Satış Məsləhətçisi (ŞƏRUR)
700 — 1800

