Müştəri Təcrübələri (CX) qrupunun Baş Mütəxəssisi

Elanın vaxtı bitmişdir
395 baxış

Təsvir

 ·       Müştərilərlə iş mərhələlərinin hazırlanması: əvvəldən sonuna qədər müştərilərlə iş mərhələlərinin hazırlanması, müxtəlif kanallar (filial, onlayn, mobil, sosial media, mağazadaxili və s.) vasitəsilə əsas əlaqə nöqtələrinin və qarşılıqlı əlaqələrin müəyyən edilməsi üçün maraqlı tərəflərlə əməkdaşlıq etmək;

·       Məlumatların təhlili: müştərilərin davranışı, üstünlükləri və zəif nöqtələr haqqında fikirlər toplamaq üçün müştəri məlumatlarından və analitik vasitələrdən istifadə edilməsi;

·       Zəif nöqtələrin müəyyən edilməsi: məlumatlardan, müştəri rəylərindən və ən məqbul sənaye təcrübələrindən istifadə edərək zəif nöqtələrin və təkmilləşdirmə sahələrinin müəyyən edilməsi;

·       Müxtəlif profilli komandalarla əməkdaşlıq: müştərilərin məmnuniyyət dərəcəsinin təmin edilməsi ilə bağlı təşəbbüsləri həyata keçirmək üçün marketinq, məhsulların inkişaf etdirilməsi, satış və məlumat qrupu daxil olmaqla, müxtəlif profilli komandalarla sıx əməkdaşlıq etmək;

·       Davamlı təkmilləşdirmə: əsas fəaliyyət göstəricilərinə nəzarət və davamlı təkmilləşdirmə imkanlarının müəyyən edilməsi.

Tələblər

·       Təhsil səviyyəsi və istiqaməti - Kommunikasiya, Biznesin İdarə Edilməsi, İqtisadiyyat və ya əlaqədar sahədə bakalavr təhsili;

·       İş təcrübəsi (il və/və ya sahə olaraq) - Müştərilərlə münasibətlərin idarə edilməsi (CRM) və ya əlaqəli sahələrlə bağlı vəzifələr üzrə 2-4 illik təcrübə;

·       Texniki səriştələr - CRM sistemlərinin uğurla tətbiqi və optimallaşdırılması sahəsində təcrübə; CRM texnologiyaları və əlaqəli alətlər üzrə bacarıq; Mürəkkəb CRM strategiyalarını və konsepsiyalarını müxtəlif maraqlı tərəflərə çatdırmaq bacarığı;

·       Yumşaq səriştələr - Güclü ünsiyyət və danışıqlar bacarığı, innovativ düşüncə və özünü inkişafı təbliğ etmək bacarığı. Güclü idarəçilik və komanda işi bacarığı;

·       Dil bilikləri - Azərbaycan dili (sərbəst), rus dili (sərbəst), ingilis dili (sərbəst);

·       Kompüter bilikləri - MS Office proqramları.

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:Marketinq
Son müraciət tarixi:2025-07-31
Vəzifə dərəcəsi:Baş mütəxəssis
Elan paylaşılıb:24/06/2025
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör