Mühəndis-Texnoloq

Elanın vaxtı bitmişdir
666 baxış

Şirkət: Zireh MMC

Təsvir

Öhdəliklər:

  •  İstehsal proseslərinin texnoloji ardıcıllığının hazırlanması və həyata keçirilməsinə nəzarət;
  • İstehsalın GOST, ISO, və digər normativ sənədlərin tələblərinə uyğun təşkil edilməsi;
  • Texnoloji təlimatlar, spesifikasiyalar, resepturalar, texnoloji xəritələr və digər sənədlərin hazırlanması;
  • İstehsalatda istifadə olunan materialların, xammalın və komponentlərin texniki tələblərə uyğunluğunun yoxlanılması;
  • Keyfiyyətə nəzarət və laboratoriya bölmələri ilə qarşılıqlı işin təşkili;
  • Mövcud texnoloji proseslərin təkmilləşdirilməsi, istehsal xərclərinin azaldılması və məhsuldarlığın artırılması üçün təkliflərin hazırlanması;
  • Mövcud  keyfiyyət idarəetmə sistemlərinin tələblərinə uyğun sənədləşmə və nəzarət;
  • Təhlükəsizlik və ekoloji tələblərin yerinə yetirilməsinə nəzarət;
  • İstehsal zamanı ortaya çıxan texnoloji problemlərin operativ həlli.

 

Əlavə məlumatlar:

  • Əmək haqqı: Namizədə uyğun olaraq razılaşma əsasında
  • İş qrafiki: Həftə içi 5 gün
  • İstirahət günü: Şənbə, bazar
  • İş saatları: 08:30-17:30
  • Ünvan: Müəssisə Bakı şəhərində yerləşir.

 

Tələblər

  • Ali texniki təhsil (mühəndis-texnoloq, mexanika, maşınqayırma və s. üzrə);
  • İstehsalat və ya texnoloji mühəndislik sahəsində ən azı 3 illik iş təcrübəsi;
  • İstehsal və texnoloji proseslər barədə praktik biliklər;
  • GOST, ISO, və digər beynəlxalq standartlarla işləmək bacarığı;
  • Texnoloji proseslərin sənədləşməsi və normativ hesabatların tərtibatı üzrə təcrübə;
  • MS Office proqramları və texnoloji modelləşdirmə proqramlarında (AutoCAD, SolidWorks, COMSOL və s.) işləmək bacarığı;
  • Keyfiyyət idarəetmə sistemləri (ISO 9001, 14001, 45001, HACCP və s.) barədə biliklər;
  • Analitik düşüncə, məsuliyyətli və nəticəyönümlü iş prinsipi;
  • Azərbaycan dilində sərbəst, rus və/ya ingilis dillərini bilmək üstünlükdür.
Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:Sənaye və istehsalat
Son müraciət tarixi:2025-12-10
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:01/11/2025
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör