Mühəndis-təcrübəçi

Elanın vaxtı bitmişdir
681 baxış
📍R - Pharm

 

Vəzifə öhdəlikləri

  • Texniki sənədlərlə (texniki sənədlər, istismar təlimatları, spesifikasiyalar, prosedurlar və s.) tanış olmaq və onları öyrənmək;
  • Avadanlıqların, istehsal proseslərinin, təmiz otaqların, saxlanma sahələrinin və mühəndis sistemlərinin (hava, təmizlənmiş su, sıxılmış hava və s.) kvalifikasiya sənədlərinin hazırlanmasında şöbə əməkdaşlarına dəstək göstərmək;
  • Təsdiq edilmiş qrafikə uyğun olaraq həyata keçirilən kvalifikasiya işlərində iştirak etmək;
  • Kvalifikasiya nəticələrinin müəssisənin daxili tələblərinə uyğun şəkildə sənədləşdirilməsində köməklik göstərmək;
  • Müəssisədə istifadə olunan ölçü vasitələri və avadanlıqlar üzrə metrologiya və kalibrasiya sistemləri ilə tanış olmaq və bu sahədə aparılan işlərdə iştirak etmək;
  • Cari tapşırıqların effektiv yerinə yetirilməsi üçün digər struktur bölmələrin əməkdaşları ilə məlumat mübadiləsində iştirak etmək.

İş barədə məlumat

  • Təcrübəsi olmayan və ya 1 ilə qədər iş təcrübəsi olan bacarıqlı gənclər üçün təcrübə proqramı təşkil olunur və iş prosesi öyrədilir.
  • Proqramın sonunda özünü məsuliyyətli və bacarıqlı tərəfdən göstərən təcrübəçilərin şirkətdə işlə təmin olunması nəzərdə tutulur.

Namizədə tələblər

  • Mühəndislik sahəsi üzrə ali təhsil;
  • Kompüter bilikləri (Microsoft Office, AutoCAD);
  • Dil bilikləri: Azərbaycan dili, rus dili və ingilis dili;
  • Ünsiyyət və komandada işləmək bacarıqları;
  • Məsuliyyətli və diqqətli olmaq.

Əlavə məlumat

  • Əmək haqqı: müsahibə əsasında;
  • İş yeri: Pirallahı Sənaye Parkı;
  • Servis xidməti mövcuddur;
  • İş saatları: 09:00-dan 18:00-dək;
  • İş günləri: Bazar ertəsi – Cümə;
  • Nahar şirkət tərəfindən ödənilir;
  • Rabitə xidməti ilə təmin olunur;
  • Tibbi sığorta;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə aparılır.

Yuxarıda qeyd olunan tələblərə cavab verən namizədlərdən mövzu hissəsində vakansiyanın adını – “Mühəndis-təcrübəçi” yazmaqla CV-lərini Müraciət Etdüyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:Sənaye və istehsalat
Son müraciət tarixi:2026-04-16
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:17/03/2026
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör