Mühasibatlıq və vergilər şöbəsinin rəisi

Elanın vaxtı bitmişdir
999 baxış

Vəzifə öhdəlikləri

• Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının qanunu,

Vergi Məcəlləsi, SOCAR-ın uçot siyasəti və digər müvafiq qanunvericiliyin

tələblərinə uyğun olaraq Mühasibatlıq və vergilər şöbəsinə rəhbərliyin

həyata keçirilməsi;

• İTRİ tərəfindən həyаtа kеçirilən bütün maliyyə-təsərrüfаt

əməliyyаtlаrının mühаsibаt uçоtu rеgistrlərində, həmçinin SAP ERP

sisteminin FI, MM, HR, PM, PS, CO modullarında düzgün əks еtdirilməsinin

təmin edilməsi;

• İTRİ-nin digər struktur bölmələri ilə birlikdə təsərrüfatdaxili

ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat

uçotu məlumatlarının təhlil edilməsi, maddi, əmək və maliyyə

ehtiyatlarından qənaətlə istifadəyə nəzarətin təmin edilməsi;

• Pul vəsaitləri, mal-material qiymətliləri, debitor və kreditorlarla

hesablaşmalar, əsas vəsaitlər və qeyri-maddi aktivlərin uçotunun aparılması,

hazır məhsul və təkrar satış üçün nəzərdə tutulmuş malların satışı, iş və

xidmətlərin yerinə yetirilməsi üzrə gəlirlərin uçota alınması, qəbul edilmiş

malların, iş və xidmətlərin xərcə silinməsi, kapital qoyuluşu xərclərinin, o

cümlədən əsaslı tikinti və təmir xərclərinin uçota alınması;

• Əmək haqqı üzrə işçi heyəti ilə hesablaşmaların, dövlət büdcəsi və

Dövlət Sosial Müdafiə Fondu ilə hesablaşmaların düzgün aparılmasının

təmin edilməsi,

• Vergitutma bazasının və dövriyyənin düzgün müəyyən edilməsi,

vergi bəyannamələrinin (ƏDV, mənfəət, ödəmə mənbəyində tutulan vergi,

əmlak, torpaq) vaxtında və dürüst tərtib edilərək təqdim edilməsi, İTRİ-nin

vergi portalındakı şəxsi hesab vərəqəsi üzrə məlumatların uçot məlumatları

ilə üzləşdirilməsi, aşkar edilmiş fərqlərin aradan qaldırılması;

• Vergi orqanları ilə yazışmaların aparılması, daxil olmuş sorğu, bildiriş

və xəbərdarlıqlar üzrə tədbirlərin görülməsi, vergi riskləri və mümkün

maliyyə sanksiyalarının qarşısının alınması, rəhbərliyin və aidiyyəti strukturbölmələrin məlumatlandırılması;

• Aktiv və öhdəliklərin inventarizasiyası nəticəsində aşkar olunmuş

çatışmazlıqların mühasibat uçotunda əks etdirilməsinin təmin edilməsi;

• Maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına dair əməliyyatların

uçotunun aparılması;

• SOCAR Baş Ofisinə və aidiyyəti dövlət qurumlarına təqdim edilən

hesabatların düzgün tərtibi və vaxtında göndərilməsi, şöbənin məsul olduğu

sahələr üzrə hesabatlılığın təmin edilməsi, sorğulara əsasən məlumatların

təqdim edilməsi;

• Mühasibat sənədləri və vergi bəyannamələrinin sistemləşdirilməsi,

qorunması, müəyyən edilmiş müddətdən sonra arxivə təhvil verilməsi;

• Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və

yanğından mühafizə norma və qaydalarına riayət edilməsi.

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:Maliyyə
Son müraciət tarixi:2026-05-09
Vəzifə dərəcəsi:Şöbə müdiri
Elan paylaşılıb:09/04/2026
Minimum 2620

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör