Mühasib

Elanın vaxtı bitmişdir
1864 baxış

Altınoğulları LLC Mühasibatlıq departamentinə Mühasib vakansiyası elan edir.

Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət edir.

Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir.

Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, ilkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların hərəkətinə və inventarizasiyasının aparılmasına nəzarət edir.

Şirkətə gələn mal alış deklarasiyalarının yoxlanılıb kompüter proqramına daxil olunmasına nəzarət edir.

Uçot sənədlərinin yoxlanılmasını, bank əməliyyatlarının və təhtəlhesab şəxslərlə hesablaşmaların aparılmasını, ƏDV, Sadələşdirilmiş vergi, Muzdlu, ÖMV, Mənfəət vergisi bəyannamələrinin hazırlanması və vaxtında göndərilməsi, E-Qaimə Fakturaların tərtib olunması və göndərilməsi, müəssisəyə məxsus mal-materialların uçotunu aparmaq və faktiki maya dəyərini hesablamaq;

Mühasibat uçotu və daxili prosedurlara uyğun hesabatların hazırlanması;

Tələblər:

  • Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə ali və ya orta ixtisas təhsili;
  • Bu sahədə minimum 2 il iş təcrübəsi (Qida sahəsində təcrübəyə üstünlük verilir);
  • 1C (İstehsalatın idarə edilməsi) və MS Excel proqramlarında sərbəst işləmək bacarığı;
  • Analitik düşünmə, məsuliyyətlilik, dəqiqlik və komanda ilə işləmək bacarığı.

Təkliflər:

  • Əmək haqqı 1000–1500 AZN net
  • İş vaxtı 9:00–18:00, şənbə günü qısa iş

Müraciət üçün:
[email protected]


 

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:Maliyyə
Son müraciət tarixi:2026-10-24
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:25/09/2026
1000 — 1500

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 307 vakansiyanı gör