Böyüməkdə olan dinamik və yaradıcı marketinq agentliyimiz üçün rəqəmsal dünyanın nəbzini tutan, trendləri anında kontentə çevirən və brendlərin hekayəsini vizual/mətn formatında canlandıracaq Middle Content Creator axtarırıq!
- Kontent Strategiyası və Planlama: Agentliyin xidmət etdiyi brendlərin tonuna uyğun olaraq aylıq kontent planlarının hazırlanması.
- Yeni müştərilər üçün brifə uyğun yaradıcı ideya və konseptin yaradılması.
- Reels, TikTok və Shorts formatları üçün skriptlərin (ssenarilərin) yazılması.
- Kopiraytinq: Sosial media postları, hekayələr (stories) və reklam kampaniyaları üçün cəlbedici və yaradıcı mətnlərin yazılması.
- Sosial mediadakı qlobal və lokal trendlərin, trend audio və formatların gündəlik izlənilməsi, brendlərə uyğunlaşdırılması.
- Kontent menecer, SMM, Dizayner və Montajçılarla ilə sıx əməkdaşlıq edərək vizual konseptlərin qurulması.
- Çəkiliş prosesində iştirak etmək.
- Təcrübə: Marketinq agentliyində və ya bənzər mövqedə minimum 1-2 il aktiv iş təcrübəsi.
- Portfolio: Yaradıcılığınızı əks etdirən portfolionun olması mütləqdir (çəkiliş və montaj bilikləri olması üstünlükdür).
- Dil Bilikləri: Azərbaycan dilində mükəmməl yazı və şifahi nitq qabiliyyəti (Rus və ya İngilis dili bilikləri üstünlükdür).
- Şəxsi Keyfiyyətlər: Yüksək kommunikasiya bacarığı, operativlik, time-management (dedlaynlarla işləmək qabiliyyəti) və komanda ruhu.
İş qrafiki: Həftədə 5 gün, 10:00 - 19:00.
İş rejimi - hibriddir.
Müraciət üçün namizədlərdən öz CV və Portfoliolarını (və ya idarə etdikləri səhifələrdən/hazırladıqları video kontentlərdən nümunələri) [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Mövzu hissəsində "Middle Content Creator" yazılması mütləqdir. Portfolio olmayan müraciətlərə baxılmayacaq.
İş elanlarını ilk sən gör!
Ən son vakansiyalardan anında xəbərdar olmaq üçün Telegram kanalımıza qoşul.

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.
Vakansiyanı irəli çək
Daha çox namizədə çat
Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!
Vakansiyalar
1000 — 2000
Vakansiyalar
Maaş müzakirəyə əsasən
Vakansiyalar
Maaş müzakirəyə əsasən
Vakansiyalar
Maaş müzakirəyə əsasən
Vakansiyalar
Maaş müzakirəyə əsasən
Vakansiyalar
Maaş müzakirəyə əsasən
Vakansiyalar
700 — 800
Vakansiyalar
Maaş müzakirəyə əsasən