Mexanika mühəndisi

Elanın vaxtı bitmişdir
770 baxış

📍Az-Caspian CONSTRUCTION

(Tikinti sahəsində təcrübəsi olan mühəndis)

Vakansiyanın detalları:
-Əmək haqqı: Başlanğıc üçün 2000 AZN
-Kateqoriya: Mühəndis
-Məşğuliyyət: Tam iş günü

Vakansiyanın detalları:
-Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, mexanik sistemlərin ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək;
-Layihələndirmədə mexanik sistemlərin məlumatlarını, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və layihəçiləri bu tələblərə istiqamətləndirmək;
-Layihələndirmədə mexanik sistemlərin məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək;
-Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan bütün tərəflərlə sıx əməkdaşlıq etmək;
-Layihənin tender prosesinə texniki dəstək vermək, mexanik sistemlərin spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək;
-Tələb edildiyi halda layihənin bütün mərhələlərində mexanika üzrə texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
-Layihələndirmədə mexanika üzrə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin şirkətin müvafiq qaydalarına uyğun olaraq həyata keçirilməsini təmin etmək.
-Avadanlıq və materialların istehsalçı tərəfindən satış qiyməti üçün databazanın güncəl saxlanması
-Rəhbərinin digər tapşırıqlarının yerinə yetirilməsi.

Xüsusi tələblər:
-Ali təhsil : Mexanika sahəsi üzrə ali təhsil;
-İş təcrübəsi :Müvafiq sahə üzrə azı 2-3 il iş təcrübəsi;
-Tikinti normativ sənədlər barədə biliklər: AzDTN, EN, SNIP, NFPA;
-Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – yaxşı;
-Kompüter bilikləri: MS Office, AutoCAD;
-Yüksək ünsiyyət və komandada işləmək bacarığı, daim inkişafa yönümlü olmaq.
Uyğun namizədlər öz CV formalarını (Azərbaycan dilində olmaq şərti ilə) mövzu hissəsinə "Mexanika mühəndisi" yazaraq [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:Sənaye və istehsalat
Son müraciət tarixi:2026-04-19
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:20/03/2026
Minimum 2000

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör