Mexanika Mühəndisi

Elanın vaxtı bitmişdir
693 baxış

📍Metak

Əmək haqqı - Danışıq əsasında

İş yeri - Sumqayıt

İşin təsviri

  • Metal boru və profil istehsalında istifadə olunan mexaniki avadanlıqların (formalaşdırma stendləri, kəsmə sistemləri, ötürücülər, reduktorlar, rulonlar və s.) fasiləsiz və düzgün işləməsinin təmin edilməsi;
  • Avadanlıqların mexaniki hissələrinin diaqnostikasının aparılması, nasazlıqların operativ şəkildə aradan qaldırılması;
  • Planlı texniki xidmət və profilaktik baxışların təşkili və icrası;
  • Təmir və texniki xidmət komandası ilə birgə praktiki işlərin aparılması;
  • Avadanlıqların istismar müddətinin artırılması məqsədilə texniki həllərin tətbiqi;
  • İstehsal və texniki xidmət proseslərinin təkmilləşdirilməsi və optimallaşdırılması üzrə təkliflərin verilməsi və icrasında iştirak;
  • Texniki sənədləşmənin və hesabatların aparılması.

Tələblər

  • Mexanika mühəndisliyi üzrə ali təhsil;
  • Metal boru və profil istehsalı sahəsində istifadə olunan mexaniki avadanlıqların iş prinsiplərini dərindən bilməsi;
  • Sahə üzrə 7-8 il iş təcrübəsi;
  • Mexaniki nasazlıqların analizi və effektiv həll yollarının tətbiqi bacarığı;
  • Texniki düşünmə, problem həll etmə və məsuliyyətlilik;
  • Komanda ilə işləmək və operativ qərarvermə bacarığı.

İş şərtləri

  • 5 günlük iş həftəsi;
  • Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
  • Rəqabətli əmək haqqı və illik bonus;
  • Əmək haqqı razılıq əsasında təyin olunur;
  • Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması;
  • Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
  • Nahar şirkət tərəfindən verilir;
  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Sumqayıt
İş kateqoriyası:Sənaye və istehsalat
Son müraciət tarixi:2026-01-30
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:19/01/2026
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör