Mexanika Mühəndisi

Elanın vaxtı bitmişdir
707 baxış
📍Azerconnect Data Sphere


İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək.  

Vəzifə öhdəlikləri:

  • Podratçının fəaliyyətlərinin layihənin iş qrafikinə uyğunluğunu təmin etmək;
  • Yerinə yetirilən işlərin təsdiq olunmuş çertyojlara və texniki spesifikasiyalara uyğunluğunu təmin etmək;
  • Podratçılar tərəfindən sahəyə çatdırılan materialları təsdiq edilmiş submittallara uyğun olaraq yoxlamaq və hesabat vermək;
  • Gündəlik görülən işlər, yaranan problemlər, təsdiqlənmiş və ya rədd edilmiş işlər, istifadə olunan əmək resursları və avadanlıqlar barədə ətraflı iş gündəliyi aparmaq, hər mərhələnin sonunda imzalayaraq hesabat təqdim etmək;
  • Tikinti işlərinin icrası və onlarla bağlı məsələlər üzrə podratçı komandasına məsləhət vermək və koordinasiya aparmaq;
  • Qüsurlu işlərin və şübhəli materialların nümunə götürülməsi, sınaqların aparılması və keyfiyyətə nəzarətin təmin edilməsi məqsədilə podratçı komandası ilə koordinasiya etmək;
  • Çertyojlara və texniki tələblərə uyğunluğun təmin edilməsi üçün geodeziya mütəxəssisləri ilə birlikdə xətt və səviyyələrin yoxlanılmasını təşkil etmək;
  • İşlərin yoxlanılması üçün müraciət formalarının (Inspection Request) icrasını həyata keçirmək və status üzrə qeydiyyat aparmaq;
  • Yerində quraşdırmaya uyğun olaraq tamamlanmış işlər üzrə “as-built” çertyojlarının və sənədlərin qeydiyyatını aparmaq;
  • Bina mühəndis sistemləri üzrə istismara vermə (commissioning) fəaliyyətləri haqqında dərin biliklərə malik olmaq (Soyutma, HVAC, PH, Yanğınsöndürmə, Dizel təchizatı sistemləri);
  • ASHRAE, ANSI, NFPA daxil olmaqla müvafiq sənaye standartları, tikinti normaları və təhlükəsizlik standartları üzrə praktiki biliklərə malik olmaq;

Tələb Olunan Bilik Və Bacarıqlar

  • Mexanika mühəndisliyi və ya hər hansı sənaye mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi;
  • Tikinti məhsulları, tikinti detalları, eləcə də müvafiq qayda-qanunlar, normativlər və keyfiyyət standartları üzrə dərin biliklər

Müraciət etmək üçün, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik. 

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. 
 

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:Sənaye və istehsalat
Son müraciət tarixi:2026-01-31
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:16/01/2026
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör