Heydər Əliyev adına Neft Emalı Zavodu (Bakı)
Zavod ərazisində cavabdeh olduğu avadanlığın və texniki vasitələrin təmiri və təmiri üçün əvvəlcədən qəbul edilmiş yazılı və şifahi göstərişlər, standartlar çərçivəsində həyata keçirilməlidir. İşçi vəzifələrini Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydalara uyğun olaraq riayət etmək məsuliyyətini daşıyır.
SƏTƏMM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət etmək;
Zavodun texnoloji qurğularında aparılan təmir işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etmək;
Texnoloji qurğular üçün tərtib və təsdiq edilmiş illik planlı-xəbərdarlıq edici (PXT) qrafikinin yerinə yetirilməsinə nəzarət və icra etmək;
PXT-nin yerinə yetirilməsi üçün lazım olan mal-materialların keyfiyyətinə nəzarət və təmin etmək;
Təmir işlərinin qüvvədə olan qayda və təlimatlara uyğun aparılması üçün sənədləri tərtib etmək və prosesə nəzarət etmək;
Qurğuların təmirinə və istismarına lazım olan avadanlıqların, mal-materialların və ehtiyat hissələrinin alınması üçün rəhbərliyin göstərişi əsasında sifarişləri qəbul etmək;
Zavodun istehsalat və xidmət sahələrində avadanlıqların və dəzgahların kəmiyyət hesabatını aparmaq;
Zavodun istehsalat və xidmət sahələrini təsdiq edilmiş PXT qrafiklərinə əsasən təmir işlərini icra etmək;
Zavodun istehsalat və digər sahələrində istismar olunan avadanlıqların miqdarı (kəmiyyəti) haqqında statistik hesabat tərtib etmək;
Tərtib və təsdiq edilmiş plan-qrafiklərə əsasən qurğularda aparılan cari və əsaslı təmirləri yerinə yetirilmək və prosesə nəzarət etmək;
Avadanlıqlara,dəzgahlara və digər mexanizmlərə lazım ehtiyat hissələri üçün illik sifarişlərin tərtib edilməsi işini təşkil etmək, sifariş olunan avadanlıqların,mexanizmlərin və eyni zamanda digər materialların və ehtiyat hissələrinin vaxtında gəlməməsinə görə iradlar bildirmək;
Texnoloji qurğu və avadanlıqlarda baş vermiş qəza səbəblərinin araşdırılmasında iştirak etmək;
Texnoloji avadanlıqların və digər mexanizmlərin istismar edilməsində yeni qayda və normaları tətbiq etmək və prosesə nəzarət etmək;
Təmir işləri aparılan sahələrdə təmirin yeni üsullarını tətbiq etmək;
Verilən təklif və ixtiraların səmərəliliyini yoxlamaq;
Zavodda olan avadanlıqların,mal-materialların və ehtiyat hissələrinin düzgün istismar olunmasına nəzarət etmək;
Avadanlıqların qış mövsümündə istismarı üçün tədbirlər planının hazırlanmasına rəhbərlik etmək;
İşçilərin ixtisas dərəcələrini təyin edən,yanğından mühafizə,təhlükəsizlik texnikası,istehsalat sanitariyası və bədbəxt hadisələrin araşdırılması komissiyanda üzv qismində iştirak etmək.
Mexanika mühəndisliyi üzrə ali təhsil;
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
İxtisasa uyğun diplom və beynəlxalq/lokal standartların tələblərinə cavab verən sertifikatlar;
Mexaniki sxemləri və P&ID sənədlərini oxuma bacarığı;
İngilis dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı tələb olunur.

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.
Vakansiyanı irəli çək
Daha çox namizədə çat
Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Baykon İnşaat MMC
800 — 900

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Vakansiyalar
1200 — 2000

Strafor House
Maaş müzakirəyə əsasən