Məlumat bazasının idarəedilməsi üzrə mütəxəssis

Elanın vaxtı bitmişdir
592 baxış

Guven Technology LLC

Təsvir

İşin təsifatı:

  • Verilənlər bazalarının (MSSQL, Oracle, PostgreSQL və s.) idarə edilməsi, optimallaşdırılması və təhlükəsizliyinin təmin edilməsi;
  • Məlumat bazalarının dayanıqlı və fasiləsiz fəaliyyətinin təmin edilməsi.
  • Verilənlər bazası serverlərinin və proseslərinin konfiqurasiyası və qorunması.
  • Yeni verilənlər bazalarının qurulması və ehtiyat nüsxələmə strategiyasının hazırlanması.
  • Tələbə uyğun olaraq digər verilənlər bazalarının idarəolunmasına xidmət edən sistemlərin qurulması və nəzarət edilməsi;
  • Ehtiyat nüsxələrdən bərpa etmə təcrübəsi.
  • Yedək bazaların sinxron qalmasına nəzarət edilməsi və problemlərin həlli.
  • Yedəkləmə, bərpa və bərpa modelləri ilə iş təcrübəsi.
  • Məlumat bazalarının yeni versiyalarının keçidinin planlanması və icrası.
  • SQL Server üçün Yüksək Əlçatanlıq (HA) və Fəlakət Qurtarma (Disaster Recovery) ilə təcrübə.
  • Sistemin sazlığının və performansının izlənilməsi.
  • Mövcudluğun, davamlılığın və təhlükəsizliyin təmin edilməsi.
  • Problemlərin real vaxtda təhlili və həlli.
  • Mütəmadi olaraq prosesləri dəqiqləşdirmək və sənədləşdirmək.
  • Sorğu tənzimlənməsi və şemanın dəqiqləşdirilməsi ilə developer dəstəyi.
  • Kritik sistemlərə 24/7 dəstək.
  • Verilənlər bazasında proflaktik işlərin planlaşdırılması və icrası.
  • Monitorinq sistemləri ilə işləmə bacarığı.
  • Verilənlər bazalarının audit olunmasını təmin etmək.
  • Problemlərin həllərinə və sistemin inkişafına müsbət təsir edə bilən yeniliklər üçün təkliflərin verilməsi

 

Tələblər

Namizədə aid tələblər:

  • Verilənlər bazalarının idarə edilməsi sahəsində ən azı 3 il iş təcrübəsi;
  • SQL (MSSQL, Oracle, PostgreSQL və ya digər) üzrə dərin biliklər;
  • Oracle Database 11g, 12c, 18c və 19c versiyalarında təcrübə;
  • Oracle Data Guard, RMAN və Oracle Enterprise Manager (OEM) biliklər;
  • Linux/Unix əməliyyat sistemləri ilə tanışlıq;
  • Verilənlər bazası strukturlarının dizaynı və optimallaşdırılması üzrə təcrübə;
  • Ehtiyat nüsxələrin idarə olunması və bərpa mexanizmləri üzrə biliklər;
  • Məlumat təhlükəsizliyi və şifrələmə üsulları barədə anlayış;
  • Problemləri həll etmə və analitik düşünmə qabiliyyəti;
  • Komanda ilə işləmə və effektiv ünsiyyət bacarığı.
Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:İT
Son müraciət tarixi:2025-06-30
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:10/06/2025
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör