📍Avrora MMC “Master Data üzrə Mütəxəssis” vakansiyasını elan edir!
Əsas vəzifə öhdəlikləri:
· Master data prosesi ilə bağlı sənədləşmənin və prosedurların hazırlanması və təkmilləşdirilməsində iştirak edir;
· Master datanın idarə olunması siyasət və prosedurlarını tətbiq edir;
· Yeni məhsul, müştəri, təchizatçı və digər əsas obyektlərin düzgün qeydiyyat və təsnifatını təmin edir;
· Məlumat keyfiyyətinə (data quality) nəzarət edir və yanlış məlumatları müəyyənləşdirir;
· ERP sistemlərində (SAP, Logo və s.) data inteqrasiya və təmizlənmə proseslərində iştirak edir;
· Master Data Proseslərində əlaqəli qurumların işçilərinin koordinasiyasını edir.
Tələb olunan bilik və bacarıqlar:
· MS Office (Excel yüksək səviyyədə, Power Point proqramında işləmə bacarığı);
· SAP proqramı üzrə biliklər üstünlükdür;
· Analitik düşüncə, təhlil və qərarvermə qabiliyyəti;
· Komanda ilə işləmək bacarığı;
· Diqqətli və ünsiyətcil olmaq.
Tələb olunan təhsil, iş təcrübəsi:
· Təhsil: Ali təhsil (İnformasiya Texnologiyaları, Komputer Elmləri, Biznesin idarə edilməsi və s.)
· İş təcrübəsi: Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
· Dil bilikləri: Azərbaycan dili yüksək səviyyədə, ingilis dil biliyi arzuolunandır.
İş şərtlərimiz:
· İş qrafiki: Tam iş günü (5 gün);
· İş saatı: 09:00-18:00;
· İş yeri: Nərimanov ray., Aşıq Molla Cümə küç. 46C.
Biz nə təklif edirik:
• Əmək bazarında rəqabətli əməkhaqqı;
• Peşəkar komanda mühiti;
• Təlim və inkişaf imkanları;
• Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Master Data üzrə Mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
İş elanlarını ilk sən gör!
Ən son vakansiyalardan anında xəbərdar olmaq üçün Telegram kanalımıza qoşul.

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.
Vakansiyanı irəli çək
Daha çox namizədə çat
Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!
Vakansiyalar
Maaş müzakirəyə əsasən
Vakansiyalar
Maaş müzakirəyə əsasən
Vakansiyalar
Maaş müzakirəyə əsasən
Vakansiyalar
Maaş müzakirəyə əsasən
Vakansiyalar
Maaş müzakirəyə əsasən
Vakansiyalar
Maaş müzakirəyə əsasən
Vakansiyalar
Maaş müzakirəyə əsasən

SOAR
Maaş müzakirəyə əsasən