📍Improve Group
Əsas öhdəliklər:
- İllik, rüblük və aylıq büdcələrin hazırlanması və struktur bölmələr üzrə bölüşdürülməsi;
- Büdcə planlamasının həyata keçirilməsi və icrasına davamlı nəzarətin təmin olunması;
- Büdcə göstəricilərinin təhlil olunması, xərclərin azaldılması və gəlirlilik artırılması istiqamətində təkliflərin hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Maliyyə hesabatlarının (aylıq, rüblük və illik) hazırlanması, təhlili və nəticələrin rəhbərliyə detallı şəkildə təqdim olunması;
- Şirkətin gəlir və xərclərinin gündəlik izlənilməsi, düzgün uçotunun aparılması və maliyyə intizamına nəzarət edilməsi;
- Maliyyə göstəricilərinin təhlili, performans analizlərinin aparılması və qərarvermə prosesinə dəstək göstərilməsi;
- Pul vəsaitlərinin hərəkətinə nəzarət edilməsi, cash flow planlamasının hazırlanması və maliyyə axınının düzgün idarə olunması;
- Vergi bəyannamələrinin hazırlanması və dövlət orqanlarına vaxtında təqdim olunmasına nəzarət;
- Daxili maliyyə nəzarət mexanizmlərinin tətbiqi, mövcud proseslərin təkmilləşdirilməsi və maliyyə risklərinin minimuma endirilməsi;
- iiko proqramı üzərindən maliyyə əməliyyatlarının izlənilməsi, məlumatların yoxlanılması və hesabatların hazırlanması;
- Təchizatçı hesablarının, ödəniş cədvəllərinin və debitor/kreditor borcların izlənilməsi
- Rəhbərlik tərəfindən tələb olunan maliyyə analizləri, hesabatlar və digər operativ məlumatların hazırlanması.
Kvalifikasiya tələbləri:
- Təhsili: Ali (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat üzrə);
- İş təcrübəsi: Büdcə və hesabatlılıq üzrə maliyyə mütəxəssisi vəzifəsində 5 il iş təcrübəsi.
Tələb olunan bilik və bacarıqlar:
- Maliyyə hesabatlılığı və maliyyə analizi üzrə biliklər;
- Maliyyə planlaşdırılması, büdcələmə və büdcə nəzarəti üzrə biliklər;
- Maliyyə hesabatlarının hazırlanması və təhlil etmə bacarığı;
- Böyük həcmli məlumatlarla işləmək və detalları dəqiq analiz etmə bacarığı;
- Cash flow idarəetməsi və maliyyə risklərinin qiymətləndirilməsi üzrə biliklər;
- Vergi öhdəlikləri və maliyyə prosedurları barədə praktiki biliklər;
- Gəlir və xərclərin təhlili və maliyyə göstəricilərinin interpretasiyası üzrə biliklər;
- Microsoft Excel proqramını yüksək səviyyədə bilmə (Pivot Table, VLOOKUP/XLOOKUP, IF funksiyaları, maliyyə formulaları və analiz alətləri);
- Problemləri operativ müəyyən etmə və effektiv həll yolları təqdim etmə bacarığı;
- Vaxtın düzgün idarə olunması və eyni anda bir neçə tapşırıqla işləmək bacarığı;
- Komandadaxili koordinasiya və effektiv ünsiyyət bacarıqları;
- Çevik qərarvermə bacarığı;
Təklif edirik:
- Əmək haqqı: 1500-2000 AZN;
- Karyera inkişaf imkanı;
- Gənc və dinamik komanda;
- Peşəkar aşpazlarımız tərəfindən hazırlanmış nahar;
- Rahat və peşəkar iş mühiti.
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Maliyyə üzrə baş mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.