Maliyyə Meneceri

Elanın vaxtı bitmişdir
1059 baxış
📍AzProduct MMC


Funksional vəzifələri:

  • Şirkətin qısamüddətli və uzunmüddətli maliyyə planlarının və strategiyasının hazırlanması və icrasında iştirak;
  • Şirkətin maliyyə büdcəsini hazırlamaq, xərcləri optimallaşdırmaq və pul vəsaitlərinin səmərəli istifadəsini təmin etmək.
  • Büdcə, maliyyə planlama və proqnozlaşdırma (forecast) proseslərinin idarə olunması;
  • Banklarla maliyyə münasibətlərinin, maliyyə öhdəliklərinin və ödəniş cədvəllərinin idarə olunması;
  • ERP üzərindən İFRS standartlarına uyğun maliyyə hesabatlarının hazırlanması (P&L, Balance Sheet, Cash Flow);
  • Maliyyə risklərinin müəyyən edilməsi və azaldılması üzrə təkliflərin verilməsi;
  • Şirkətin maliyyə və mühasibat uçotunun düzgün təşkilini və idarə olunmasını təmin etmək;
  • Gəlir və xərclərin struktur analizini aparmaq və optimallaşdırma təklifləri vermək;
  • Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatların (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) təşkilinə nəzaarət etmək;

Hüquq və səlahiyyətləri:

  • Normal iş şəraiti ilə təmin olunmaq;
  • Səlahiyyətinə aid olan məsələlər üzrə işlədiyi təşkilatı müəyyən olunmuş qaydada digər təşkilatlarda təmsil etmək;
  • Səlahiyyətinə aid olan məsələlər üzrə təkliflər ilə çıxış etmək;
  • Rəhbərliyin çağırdığı müşavirələrdə səlahiyyətinə aid olan məsələlərin müzakirəsində iştirak etmək;
  • Əmək qanunvericiliyi və digər normativ sənədlərlə müəyyən olunmuş digər hüquq və səlahiyyətlər.

İş şəraiti

  • 5 günlük iş qrafiki
  • İş yeri: Babək prospekti 74
  • Korporativ nömrə
  • Nahar şirkət tərəfindən verilir
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Bilik və bacarıqları:

  • Ali təhsil: Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahədə ali təhsil ACCA və ya analoji  sertifikatlar üstünlükdür;
  • Təcrübə: Maliyyə mühasibatlıq sahəsində ən azı 3 il təcrübə

Tələblər:

  • Güclü ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Stres altında işləməyi və stres vəziyyətlərdə qərar qəbul etməyi bacarmalı;
  • Planlı işləmə bacarığı və işə sistemli və nəticəyönümlü yanaşma bacarığı;
  • Ünsiyyət yaratmaq, dinləmək qabiliyyətinə malik olmalı;
  • İdarəetmə qabiliyyəti yüksək səviyyədə olmalı;
  • Analiz etmək, vaxtın idarə olunması, səbirlilik, komandada işləyə bilmək və baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək kimi bacarıqların olması.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
 

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:Maliyyə
Son müraciət tarixi:2026-03-02
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:04/02/2026
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör