Load/Performance QA intern

Elanın vaxtı bitmişdir
884 baxış
Vakansiya haqqında

 

Performans QA İntern rolu performans testlərinin planlanması, icrası və təhlilinə dəstək verməyi əhatə edir. Bu rolda Java əsasında test skriptlərinin hazırlanması, performans alətləri ilə işləmə, həmçinin gecikmə, throughput, CPU və yaddaş istifadəsi kimi metriklərin izlənməsi və analiz edilməsi əsas tələblər sırasındadır.

 

Tələblər
  • Rus və ya İngilis dillərindən birini minimum B2 səviyyəsində bilmək.
  • Java proqramlaşdırma dilini bilmək (OOP prinsiplərini anlamaq və sadə kod yaza bilmək).
  • Proqram təminatının inkişafı (SDLC), test həyat dövrü (STLC) və ümumi QA prosesi haqqında əsas biliklərə malik olmaq.
  • Client-Server arxitekturasının əsaslarını anlamaq.
  • Yüksək öyrənmə potensialı, detallara diqqət və Load/Performans QA istiqamətində inkişaf etməyə motivasiya.
Öhdəliklər
  • Yük və performans testləri üzrə metodologiyaları öyrənmək və tətbiq etmək.
  • Java əsasında (Gatling və ya oxşar alətlərdən istifadə etməklə) test skriptləri və ssenarilərinin hazırlanması, dəstəklənməsi və icrasında iştirak etmək.
  • Performans göstəricilərinin (CPU, RAM, gecikmə, throughput və s.) toplanması, təhlili və interpretasiyası.
  • Test nəticələrinin müzakirəsi və optimallaşdırma təkliflərinin hazırlanması üçün inkişaf komandaları ilə sıx əməkdaşlıq etmək.
  • Performans və məhsuldarlıqla bağlı hesabatların hazırlanması.
Təklif olunanlar
  • Peşəkar inkişaf və karyera artımı üçün imkanlar
  • Dəstəkləyici və rahat iş mühiti
  • Port Baku Tower 2-də yeni və komfortlu studio ofis
  • Agile prinsipləri ilə güclü komanda işi, müntəzəm teambuilding-lər və tematik tədbirlər
  • Xarici həmkarlarla çoxmədəniyyətli mühit və təcrübə mübadiləsi
Haqqımızda

 

Biz Azərbaycanda ən çox müştəriyə rəqəmsal xidmətlər göstərən və trendləri təyin edən bankıq. Biznes və texnologiya həllərini ölkəmizdə ilk dəfə ekosistem şəklində təqdim edən Birbankda işləmək – dinamika, inkişaf və çeviklik deməkdir. Ofislərimizdən müzakirə səsləri əskik olmur. Bu müzakirələrin mövzuları müştərilərimizin ehtiyaclarını qarşılamaq üçün daha üstün məhsullar hazırlamaq və əməkdaşlarımız üçün hər gün daha yaxşı iş şəraiti yaratmağın doğru yollarını axtarmaqdır.

 

Birbank hədəflərin imkanlara qovuşduğu yerdir. Biz hər bir əməkdaşımız üçün böyük öyrənmə, inkişaf və karyera yüksəlişi imkanları, ən əsası isə ideyalarını reallaşdırmaq üçün unikal iş mühiti təklif edirik. Hədəfinizə yaxınlaşmaq üçün sizə də bankımızda öz yerinizi alın.

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Təcrübə
Ərazi:Bakı
İş kateqoriyası:İT
Son müraciət tarixi:2025-12-26
Vəzifə dərəcəsi:Kiçik mütəxəssis
Elan paylaşılıb:26/11/2025
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör